Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Bir tərəfdə üfüqə qədər uzanan Xəzər, digər tərəfdə isə dənizin qoynundan yüksələn neft qurğuları....
Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində sənaye mövzusuna tamamilə fərqli – poetik, lirik bir ruh gətirib. Rəssam Abşeronun neft buruqlarını, estakadalarını, sənaye qurğularını yad bir element kimi yox, doğma mənzərənin bir parçası kimi təsvir edirdi. Səttar Bəhlulzadənin “Xəzərdə axşam” əsərində dənizin sakit suları, qağayılar və üfüqdə siluet kimi görünən neft estakadaları kətanda romantik bir ahəng yaradır. Dumanın içində əriyən buruqlar, sakit suda əks olunan bənövşəyi səma və o sakitliyi qoruyan qağayılar...
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.