REGİONLAR
Neftçalada pambıq əkininə hazırlıqla əlaqədar qış aratına başlanılıb
Neftçala, 17 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçalada pambıq əkininə hazırlıqla əlaqədar qış aratına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambıqçılığın inkişafını diqqət mərkəzində saxlayan fermerlər fevral ayından sahələrdə qış aratı aparırlar. Təcrübəli fermer Namiq Bağırov bu il 60 hektar sahədə pambıq əkməyi nəzərdə tutub. O, artıq 45 hektara yaxın sahədə qış aratı aparıb. “İndiki vaxtda qış aratının aparılması torpağı qüvvətləndirməklə yanaşı, həm də ziyanvericilərin sürfələrinin məhv edilməsində ən yaxşı üsuldur. Qış aratı başa çatdıqdan sonra torpaqda səpin qabağı nəmlik yaratmaq məqsədi ilə yaz aratı da aparılacaq. Bundan sonra isə çiyid səpininə başlanılacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il rayonda 20 min tondan artıq pambıq tədarük etmək üçün 6 min 479 hektar sahədə pambıq əkmək nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]