İQTİSADİYYAT
Neftin qiyməti son 3 ayın maksimumuna yüksəlib
Bakı, 13 dekabr, AZƏRTAC
“Qara qızıl”ın qiyməti son 3 ayın maksimum səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, neftin qiyməti ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatlar və Çin arasında ticarət sazişinin imzalamasına çox yaxın olduqlarını açıqlaması fonunda son 3 ayın maksimum səviyyəsinə qalxıb. “OPEC plus” üzrə sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması da neftin qiymətinin yuxarı istiqamətli dəyişməsində əsas rol oynayan amildir.
Ekspertlərə görə, bütün bunlar qlobal neft tələbatı baxımından müsbət istiqamətli proseslərdir.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59 dollardan baha satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]