ELM VƏ TƏHSİL
Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətlərinə baxılacaq
Bakı, 23 may, AZƏRTAC
Mayın 26-da paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 299 nömrəli tam orta məktəbdə (Ünvan: Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 75) təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:18]
Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır
- 03.05.2024 [17:01]
AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər
- 03.05.2024 [15:53]
ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya
- 03.05.2024 [15:47]