İQTİSADİYYAT
“Nissan Micra” avtomobili alıcılara sərfəli kredit şərtləri ilə təklif olunur
Bakı, 14 noyabr (AZƏRTAC). “Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri olan “NURGÜN Motors” şirkəti yeni kampaniyaya başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Nissan Micra” avtomobili alıcılara çox sərfəli kredit şərtləri ilə təklif olunur. İndi kompakt və qənaətcil avtomobil almaq istəyənlər illik 16 faiz, bütün xərclər daxil olmaqla 2 min 500 manat ilkin ödəniş etməklə “Nissan Micra” sahibi ola bilərlər. Sığorta “Nurgün Motors”dan hədiyyə olunur.
Qeyd edək ki, 80 at gücünə malik 1,2 litrlik benzin mühərrikli “Nissan Micra” 100 kilometr məsafəyə 5 litr yanacaq sərf edir.