MƏDƏNİYYƏT
“Nizami Gəncəvi İli”nə həsr olunan intellektual yarış keçiriləcək
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan intellektual yarış təşkil ediləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışda iştirak üçün respublika üzrə 641 komanda qeydiyyatdan keçib. Yarış zamanı komandalar onlayn şəkildə 24 suala cavab verməlidirlər. Suallar Nizami Gəncəvinin yaradıcılığı və həyatı haqqında maraqlı faktları əhatə edəcək.
Yekunda qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə IX-XI siniflər arasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]