ELM VƏ TƏHSİL
Növbəti SAT imtahanları oktyabrın 1-də keçiriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Növbəti SAT imtahanının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və sentyabrın 2-si saat 9:00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə sentyabrın 21-dək davam edəcək).
Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı verilmiş http://www.tqdk.gov.az/exam/sat/ keçiddən əldə etmək mümkündür.