İDMAN
Nuranə Əliyev “Karate1” Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan karateçisi Nuranə Əliyev (50 kq) İspaniyanın paytaxtı Madriddə “Karate1” Premyer Liqa turnirində bürünc medal qazanmaq şansı qazanıb.
AZƏRTAC xəbər verir ki, yarımfinaladək 3 qələbə qazanan idmançımızın bazar günü həlledici görüşdə rəqibi yaponiyalı Rinka Rahata olacaq.
Nüfuzlu yarışın ilk günü, həmçinin Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), İlahə Qasımova (55 kq), eləcə də Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət kata seçmə komandamız da yarışa qatılıb.
Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqa yarışının cari mövsümdəki sonuncu mərhələsində 89 ölkədən 737 karateçi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]