Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ödənişli İstehsalat Təcrübəsi proqramının 152 iştirakçısı SOCAR-da işə qəbul edilib

Ödənişli İstehsalat Təcrübəsi proqramının 152 iştirakçısı SOCAR-da işə qəbul edilib

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 aylıq təcrübə müddətini uğurla başa vuran 152 gənc artıq şirkətdə işə qəbul olunub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqramda respublikanın və xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları iştirak edib, neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanından yararlanıb, təhsildə qazandıqları bilik və bacarıqlarını nümayiş etdiriblər.

Bu il keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 39 adda ixtisas üzrə elan olunmuş müsabiqəyə ümumilikdə 4449 nəfər təhsilini bitirməkdə olan tələbə, həmçinin son 3 ilin məzunları müraciət edib. Onlardan 230 nəfəri müsabiqədən uğurla keçərək təcrübədə iştirak etmək hüququ qazanıb. Həmçinin SOCAR-ın ölkədaxili təqaüd proqramının 50 nəfər qalibi də qaydalara uyğun olaraq, təcrübəyə birbaşa cəlb olunub. Təcrübə müddətində gənc mütəxəssislərə təqaüd ayrılıb, SOCAR-da işləmək arzusunda olan gənc kadrlara isə əlavə olaraq, müsahibə yolu ilə işə qəbul imkanı yaradılıb.

Artıq 152 gənc mütəxəssis SOCAR-ın “Azneft”, “Azərikimya” və “Azəriqaz” istehsalat birliklərində, “Neftqaztikinti” və “Kompleks qazma işləri” trestlərində, Nəqliyyat İdarəsində, Heydər Əliyev adına neft emalı zavodunda, Metanol zavodunda, İnformasiya texnologiyaları və Rabitə İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və digər müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub. İşə qəbul edilmiş ən gənc təcrübəçinin 20, ən yaşlı təcrübəçinin isə 31 yaşı var. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kimya mühəndisliyi fakültəsinin məzunu Aysel Abdullazadə hazırda SOCAR-ın Etilen-Polietilen zavodunda polietilen istehsalatının texnoloqu vəzifəsində işləyir və həm də doktorluq işi üzərində çalışır. SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi olan Aysel deyib: “İlk dəfə 2016-cı ildə SOCAR-ın Ödənişli Yay Təcrübə proqramının qalibi seçildim. Təcrübə zamanı qazandığım praktiki biliklər magistraturada təhsil alarkən mənə kömək oldu. 2018-ci ildə təkrar Ödənişli İstehsalat Proqramına müraciət etdim və yenə seçildim. Test və müsahibə mərhələlərini keçmək çox da çətin olmadı. Daha öncə SOCAR-ın proqramında iştirak etdiyim üçün inanırdım ki, imtahanlar tam şəffaf keçiriləcək. İşə qəbul olunduqdan sonra ətrafımdakı bütün tələbə yoldaşlarıma yalnızca biliklərinə güvənərək bu proqrama müraciət etmələrini məsləhət görmüşəm. Heç bir gənc qorxmasın, qəbul prosesi o qədər də çətin deyil. Biliyinə, çalışqanlığına inanan hər bir kəs bu proqramdan istifadə etsin”.

Hazırda 1 il müddətində Kadr ehtiyatı bazasında saxlanılan digər təcrübəçilərin də SOCAR-da işə qəbul imkanları araşdırılır. Növbəti aylarda işə qəbul edilən təcrübə proqramı qaliblərinin sayının 200-ə çatdırılması nəzərdə tutulur. Proqramda iştirak edən gənclər əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Onların arasında bakalavriatura ilə yanaşı, magistr pilləsini bitirmiş məzunlar da var. Belə ki, cari ildə proqramın qalibi olan məzunlardan 46 nəfəri müxtəlif ixtisaslar üzrə magistr təhsilinə malikdir.

Xatırladaq ki, SOCAR-da ödənişli yay təcrübəsi proqramına 2010-cu ildən başlanılıb. 2018-ci ilədək yalnız tələbələr üçün ödənişli yay təcrübəsi təşkil olunurdu. Həmin ildən etibarən proqram təkmilləşdirilmiş və məzunlara da proqrama qoşulmaq imkanı verilib. 2018-ci ildə keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 194 təcrübəçi SOCAR-ın müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub və hazırda fəaliyyətləri ilə şirkətin inkişafına öz töhfələrini verirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib

Azərbaycan Minifutbol Federasiyasının prezidenti: Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır

Gürcüstan pavilyonunun nümayəndəsi: Gürcü şirkətləri Azərbaycan bazarına çox böyük maraq göstərir

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq

AZIR hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib

Mütəxəssis: Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması ərazinin mikroiqlimi ilə bağlıdır

Avropa Komissiyası “TikTok”u rəqəmsal reklam qaydalarını pozmaqda ittiham edir

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb

Britaniya ictimai binalarda enerjiyə qənaət üçün 840 milyon dollarlıq vəsait ayırır

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib

Türkiyənin “Multigrain” şirkətinin baş direktoru: Azərbaycanda düyü biznesinin genişlənəcəyini düşünürəm

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir

NATO-nun Baş katibi: Ukrayna sülh danışıqlarına hazırdır, indi top Rusiyanın tərəfindədir

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

Elçin Babayev: Milli dəyərlərlə zənginləşdirilmiş təhsil sistemi həm savadlı, həm də kimliyinə sadiq gənclər yetişdirməyə xidmət edir

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilir VİDEO

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilir VİDEO

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir

“Caspian Agro” sərgisinin iştirakçısı: Şirkətimizin məqsədi bitki məhsullarının zərərli orqanizmlərdən mühafizəsidir

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

BMU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirələr aparılıb

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

Pakistanın dövlət naziri Kayani “Caspian Agro 2025” sərgisini ziyarət edib

Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir

“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir

Fond rəhbəri: Ölkədə fəaliyyət göstərən istehsalçıların və əkilən ərazilərin 98 faizi sığorta xidməti əldə edə bilər

Gəncədə “Sevənlərindir dünya” tamaşası təqdim olunub

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR  VİDEO

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR VİDEO

Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Misirin “Nile tv” kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Qazaxıstan bu ilin I rübündə Azərbaycana 134,5 milyon dollarlıq mal ixrac edib

Mərkəz direktoru: Xəzər dənizi və daxili sularımızın mövcudluğu Azərbaycanda akvakulturanın inkişafına təminat yaradır

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyəcək

Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi

Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

Pakistanın kənd təsərrüfatında müasir texnologiyalardan geniş istifadə edilir

Donald Tramp: ABŞ iki ay ərzində 10 trilyon dollar xarici investisiya cəlb edəcək

Gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib

Kreml: Putin İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək

Marko Rubio Vaşinqtonun NATO ilə bağlı planlarını açıqlayıb

“Travmatologiya və ortopediyada müasir texnologiyaların tətbiqi” adlı konfrans keçirilib

Mariya Zaxarova Azərbaycan komandolarının Moskvadakı Qələbə paradında təntənəli marşını “möhtəşəm iştirak” adlandırıb

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə görüş olub

Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri üzrə tikinti işlərinin 47 faizi tamamlanıb

UNEC-də Beynəlxalq Türk Dünyası İqtisad konfransı keçiriləcək

“Aztelekom” yenidən təşkil edilib

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Əhalinin ödənişli xidmətlərə ayırdığı vəsait artıb

Donald Tramp: ABŞ İranla nüvə razılaşmasına yaxındır

İctimai iaşə dövriyyəsi 18 faizə qədər artıb

Azərbaycanda qızıl istehsalı 71 faiz artıb

Komitə: Bu ilin birinci rübündə ölkədə 23 mindən çox yeni iş yeri açılıb

Bu il Beynəlxalq Ailə Günü “Dayanıqlı inkişaf üçün ailə mərkəzli proqramlar” mövzusunda qeyd edilir

Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı İstanbula səfərini istisna etmir

“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxa bilər

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

“ASAN xidmət” brendi Madriddə diqqət mərkəzində

DDLA dənizçilərin hazırlığının milli və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirir

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

“Caspian Agro” sərgisinin xarici qonaqları Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət ediblər

Dövlət qeydiyyatına alınan qiymətli kağızların dəyəri açıqlanıb

Neft-qaz sektorunda ÜDM istehsalı azalıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Əhalinin banklardakı əmanətlərinin 67 faizi milli valyutadadır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

“Real Madrid” İspaniya millisinin futbolçusu ilə anlaşıb

Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib

ÜTT: ABŞ-ın tarif siyasəti dünya ticarət sistemini təhdid altında qoyur

Şotlandiyanın ən gənc üçqat şahmat çempionu: Harada yaşamağımdan asılı olmayaraq, uğurlarımda və düşüncə tərzimdə Azərbaycan həmişə mənimlədir - MÜSAHİBƏ

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılışı olub YENİLƏNİB

Hakan Fidan İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının uğurlu olacağına ümid edir

Qarabağ Universitetində ATİAHİ Respublika Komitəsinin üzv təşkilatı təsis edilib

Dörd yüz on ailəyə evdə sosial-məişət xidməti göstərilir

® Hər kəs üçün bərabər bankçılıq: “AccessBank”dan yeni inklüziv təşəbbüs

İtaliyada tarixdə ilk dəfə yelkənli qayıq üzrə “Amerika kuboku” keçiriləcək

Stolüstü tennis üzrə komanda yarışlarında qalib və mükafatçılar məlum olub

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq üçün şərtini açıqlayıb

Qlobal istiləşmə: Denge qızdırması və çikungunya Avropada endemik hal ala bilər

Mərkəzi Bank Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumu ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək VİDEO

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək VİDEO

AZIR-in hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub

Mən turist olsaydım - Duzdağ Müalicə Mərkəzinə qısa səyahət VİDEO

Mən turist olsaydım - Duzdağ Müalicə Mərkəzinə qısa səyahət VİDEO

Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib VİDEO

Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib VİDEO

İlqar Abdullayev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Şəxsin cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakıda liftdə qalan beş nəfər xilas edilib

Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO

Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO

Braziliya biomlarında meşələrin qırılması tempi son altı ildə ilk dəfə azalıb

Azərbaycan IOTA İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub