İQTİSADİYYAT
On bir ayda kimya sənayesində 28,3 faiz artım müşahidə edilib
Bakı, 31 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 301,4 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kimya sənayesində 28,3 faiz artım, əczaçılıq məhsullarının istehsalında 6,9 faiz, rezin və plastmas məhsulların istehsalında 34,8 faiz azalma müşahidə olunub.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində isə 376,3 milyon manatlıq məhsul əldə olunub, xidmətlər göstərilib. İstehsalın həcmi metallurgiya sənayesində 7,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində 10,4 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]