İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələrinin nümayəndələri aprelin 17-də Dohada görüşəcəklər
Bakı, 16 mart, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC üzrə xam neft hasilatçısı ölkələrin nümayəndələri aprelin 17-də Qətərin paytaxtı Dohada bir araya gələcəklər.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bu barədə Qətərin energetika və sənaye naziri Mohammed bin Saleh Al Sada məlumat verib. İclasda iştirak edəcək ölkələrin sayı və adları isə açıqlanmayıb.
Qeyd edək ki, Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri keçən ay Dohada toplaşıb və digər böyük hasilatçılarının da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlayıblar. Bu razılaşma 2014-ci ilin iyunundan bu vaxtadək təxminən 70 faizədək dəyər itirən xam neftin qiymətindəki ucuzlaşmanın qarşısının alınması məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]