CƏMİYYƏT
Ötən ay ölkə ərazisində 100-ə yaxın partlamamış hərbi sursat aşkarlanıb
![](/files/galleryphoto/2019/2/1200x630/1561933318495976475_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333184434957531_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1561933318228425053_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333184461742490_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333185172712097_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1561933318449298157_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1561933318207132755_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333184328116368_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333184383450411_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619333182970716966_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Bu ilin iyun ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 534,971,929 m² (53,497.19 ha) ərazi təmizlənmiş, 803,698 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
İyun ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 6, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.
Müraciətlər əsasında Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib, nəticədə Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 3,520 kv.m ərazi yoxlanılıb, 32 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Bu ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.