DÜNYA
Ötən gecə Kiyevdə ağır küçə döyüşləri gedib
![Ötən gecə Kiyevdə ağır küçə döyüşləri gedib](/files/2022/1/1200x630/16458608684338723893_1200x630.jpg)
Kiyev, 26 fevral, AZƏRTAC
Fevralın 25-dən 26-na keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, paytaxtın mərkəzi hissələrində də ağır küçə döyüşləri gedib. Hər iki tərəfdən itkilər var. Şəhərdə mülki obyektlərə, binalara da ziyan dəyib. Mülki şəxslər arasında ölən və yarananların dəqiq sayı barədə hələ ki məlumat yoxdur.
Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinin məlumatına görə, Kiyevdə bir neçə bina raket atəşinə məruz qalıb.
Kiyev şəhərinin meri Vitali Kliçko əhalini evlərdən çıxmamağa, gecələri sığınacaqlarda keçirməyi tövsiyə edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının yaydığı son rəsmi məlumata görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “BUK” zenit-raket kompleksi, 17 avtomobil texnikası məhv edilib. Səhərə olan vəziyyətə görə, 3500-dən çox rusiyalı hərbçi ölüb və 200 nəfər əsir düşüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev