İQTİSADİYYAT
Ötən il Əmlak Məsələləri Dövlət Komitəsində 14 yeni elektron xidmət yaradılıb
Bakı, 1aprel, AZƏRTAC
Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Elektron hökumət” portalında 14 yeni elektron xidmət yaradılıb.
AZƏRTAC-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Elektron xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya olunub.
Məlumatda bildirilir ki, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.