CƏMİYYƏT
Ötən il korrupsiya hüquqpozmalarına yol vermiş 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Bakı, 31 yanvar, AZƏRTAC
Ötən il korrupsiya hüquqpozmalarına yol vermiş 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.