CƏMİYYƏT
Ötən il qeydə alınmış cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Ötən il respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmışdır.
AZƏRTAC xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov demişdir.
Z.Qaralov bildirmişdir ki, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər, ümumiyyətlə, qeydə alınmamış, törədilmiş 21897 cinayətin 86,2 faizinin üstü açılmışdır. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin üstü açılmış, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.
Əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olmuş, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı azalmışdır.