SİYASƏT
Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib
Tbilisi, 15 iyun AZƏRTAC
Milli Qurtuluş Günü qonşu Gürcüstanda da təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, Diaspor Komitəsinin nümayəndəsi, Bakıdan gəlmiş qonaqlar, jurnalistlər, ictimaiyyət nümayəndələri iyunun 15-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Səfir ictimaiyyət nümayəndələri ilə görüşdə Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.
Bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi