MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Məqsəd qalib olmaq deyil, Azərbaycanı tanımaqdır
Bakı, 14 may (AZƏRTAC). Məqsəd qalib olmaq deyil, Azərbaycanı tanımaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ilk məşqini etmək üçün “Baku Crystal Hall”a gələn Kiprin “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi İvi Adamou demişdir.
Müğənni bildirmişdir ki, əlimizdən gələni edəcəyik. Əylənmək, digər ölkələrin insanlarını tanımaq istəyirik. İvi Adamou özünü çox xoşbəxt hiss etdiyini və müsabiqənin nəticələri barədə düşünmədiyini diqqətə çatdırmışdır. Məqsədimiz Azərbaycanda və onun paytaxtında maraqlı vaxt keçirmək, gözəl təəssüratlar yaşamaq olduğunu deyən kiprli təmsilçi mahnısındakı kimi bütün pərəstişkarlarına “La la love you” deyə səslənmişdir.
“Baku Crystal Hall”da ilk məşqini edən İvi musiqi karyerasına Yunanıstanın “X-Factor” yarışması ilə başlamışdır. “Sose me” mahnısı ilə daha çox məşhurlaşan Kipr təmsilçisi Bakı səhnəsində “La la love you” mahnısı ilə çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]