MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Oleq Qazmanov: Bakıda musiqi ilə bağlı gördüyüm hər şey çox xoşuma gəlir
Bakı, 21 may (AZƏRTAC). Bakıda musiqi ilə bağlı gördüyüm hər şey çox xoşuma gəlir. Şəhəriniz çox gözəldir və ildən-ilə sürətlə dəyişir. İnsanları mehriban, qayğıkeş və gülərüzdür. Həmçinin mətbəxiniz, çay dəsgahınız çox gözəldir.
Bu sözləri “Russian Party for Everubody” adlı gecədə AZƏRTAC-a müsahibəsində Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov demişdir.
Bildirmişdir ki, Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev kimi dünya şöhrətli sənətkarları çoxdur. Həmçinin Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinə çox yüksək səviyyədə hazırlıq aparılmışdır.
Musiqi yarışmasından danışan Oleq Qazmanov Rusiyanın təmsilçisi “Buranovskiye babuşki” qrupunun ifasını yüksək dəyərləndirmişdir. Nəzərə çatdırmışdır ki, onların səhnədə ifaları və hərəkətləri təbiilik, doğruluq baxımından bir sıçrayışdır. Tanınmış müğənni onların uğur qazanacağına əminliyini bildirmişdir.