MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Step İn” ölkəmizdəki xarici səfirliklərlə birlikdə “Alovumuza dəstək ol” şüarı altında Avropa Gününü qeyd etmişdir
Bakı, 11 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək naminə yaradılmış “Step İn” gənclərin təşəbbüs qrupu və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən 9 may - Avropa Gününə həsr olunmuş üçgünlük “Step İn Europe” aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Alovumuza dəstək ol” şüarı altında keçirilən aksiyanın əsas məqsədi “Eurovision-2012” musiqi yarışmasında iştirak edəcək ölkələri Azərbaycanda təmsil edən səfirliklərin “Eurovision” alovunu” dəstəkləməsidir.
Aksiya çərçivəsində “Step İn” gənclərin təşəbbüs qrupu “Eurovision-2012” iştirakçısı olan ölkələrin səfirliklərini Avropa Günü münasibətilə təbrik etmiş və “Eurovision-2012”-yə birgə dəstək nümayiş olunmuşdur.
Aksiyada 15-dən artıq ölkənin səfirlikləri (İtaliya, Rusiya, Rumıniya, İsrail, Avstriya, Yunanıstan, Bolqarıstan, Polşa, Serbiya, Türkiyə, Litva və s.) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]