DÜNYA
Özbəkistan Prezidenti: 2019-cu ildə 16,6 milyard dollar həcmində 3 mindən çox layihə həyata keçirilməlidir
Daşkənd, 13 yanvar, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi videoselektor müşavirəsində bildirib ki, 2019-cu ildə 16,6 milyard dollar həcmində 3 mindən çox layihə həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Özbəkistanda 3,2 milyard dollar həcmində 140 istehsal müəssisəsi işə düşməlidir. Dövlət başçısı qeyd edib ki, bu il 4,2 milyard dollar həcmində birbaşa xarici sərmayə cəlb olunması ilə 320 layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Şavkat Mirziyoyev vurğulayıb ki, xarici sərmayənin Özbəkistanın regionlarına cəlb olunması istiqamətində mühüm addımlar atılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]