DÜNYA
Özbəkistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb
Daşkənd, 24 noyabr, AZƏRTAC
Qanunvericiliyə uyğun olaraq noyabrın 24-dən Özbəkistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb. Səsvermə dekabrın 2-dək davam edəcək.
On gün ərzində seçki məntəqələri səhər saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, əsas səsvermə günü - dekabrın 4-də Özbəkistanda olmayan, xarici səfərdə olan, bu və ya digər səbəblərdən həmin gün səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək.
Bildirilir ki, vaxtından əvvəl səs verənlər məntəqə seçki komissiyalarına ərizə ilə müraciət edir və səs verir, əlavə sənəd tələb olunmur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd