DÜNYA
Pakistanda avtobusun yanması nəticəsində 11 nəfər həlak olub
İslamabad, 4 may, AZƏRTAC
Pakistanın Dadu əyalətində avtobusun yanması nəticəsində 11 nəfər həlak olub, 34 nəfər yaralanıb, onların 32-nin vəziyyəti ağırdır. Ölənlərin yeddisi qadın, üçü uşaqdır.
Bu haqda Pakistan polisi məlumat yayıb. Məlumatda deyilir ki, toydan qayıdan avtobusun üzərinə yüksək gərginlikli elektrik naqili düşüb və maşın alışıb. Bəy və gəlin başqa maşında olduqlarından onlara xətər toxunmayıb.
Pakistanda avtomobil qəzaları tez-tez baş verir. Bu ilin yanvarında ağır yol-nəqliyyat qəzası nəticəsində 62 nəfər həlak olmuşdu.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]