DÜNYA
“Panasonic” geyimdəki xoşagəlməz qoxuları aradan qaldıran asılqan hazırlayıb
Bakı, 1 iyul, AZƏRTAC
“Panasonic” şirkətinin mütəxəssisləri “Deodorant Hanger MS” adlı qeyri-adi qurğu hazırlayıblar. Bu, köynək və gödəkcələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır.
AZƏRTAC “techcult.ru” saytına istinadən xəbər verir ki, bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan xilas olur.
“Deodorant Hanger MS” qurğusunun işi zamanı “Panasonic” şirkətinin “nanoe” adlı zərrəciklərindən istifadə olunur. Bu hissəciklər insan gözü üçün görünməzdir və artıq fenlərdə tətbiq edilir.
Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. Adi 5 saatlıq rejim xoşagəlməz qoxuların aradan qaldırılmasını təmin edir, 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub.
Geyimi emal etmək üçün onu asılqana asmaq və düyməni sıxmaq kifayətdir. Asılqanın qiyməti təxminən 180 dollardır. Bu asılqan hələ ki yalnız Yaponiya sakinləri üçün əlçatandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]