İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” ASC tələbələr üçün ustad dərsləri təşkil edəcəkdir
Bakı, 9 iyul (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri təşkil edəcəkdir.
ASC-dən AZƏRTAC-a bildirilmişdir ki, məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, bilik və bacarıqlarını daha da artırmaqdır. Ayda bir dəfə təşkil olunacaq dərslər iqtisadi sahədə təhsil alan III və IV kurs tələbələrinə şamil olunur.
Dərslərdə iştirak etmək istəyən tələbələr iyulun 20-dək şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşən baş ofisinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
Potensial imkanlarından asılı olaraq həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də işləmək şansı da əldə edəcəklər.