İQTİSADİYYAT
“Plats”: Azərbaycan regionda ən sabit və ardıcıl neft-qaz siyasəti yürüdür
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycan regionda ən sabit və ardıcıl neft-qaz siyasəti yürüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri neft-qaz və neft məhsulları bazarı haqqında xəbərlər yayan dünyanın ən nüfuzlu jurnallarından olan “Platts”ın nümayəndəsi Con Roberts Astanada keçirilən VI “Kazenerji” Avrasiya forumunda çıxış edərkən bildirmişdir.
Türkmənistan qazının “Nabukko” layihəsi üçün əhəmiyyətli olduğunu qeyd edən C.Roberts təəssüf hissi ilə qeyd etmişdir ki, Azərbaycandan fərqli olaraq, Türkmənistan bu layihədə fəal iştirak etmir. Azərbaycan həm qaz ehtiyatlarının aşkarlanması və işlənməsi baxımından, həm də onların dünya bazarlarına çıxarılması yollarının aşkar edilməsi və bu marşrutların reallaşması istiqamətində kifayət qədər önəmli addımlar atır.
C.Roberts, həmçinin bildirmişdir ki, Azərbaycan qazı yalnız “Şahdəniz” deyil, digər yataqlar hesabına da artırılacaqdır. O, eyni zamanda regionda ən sabit və ardıcıl neft-qaz siyasəti yürüdən Azərbaycanı regionun digər ölkələrinə örnək göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]