DÜNYA
Polşa ABŞ-dan raket əleyhinə müdafiə sistemi üçün 12 radar və 48 buraxılış qurğusu alır
Bakı, 6 sentyabr, AZƏRTAC
Polşanın Müdafiə Nazirliyi ABŞ-dan “Wisla” hava və raketdən müdafiə sistemi üçün avadanlıqların və silahların tədarükünə dair müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa tərəfi Kelse şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində sənədin imzalanmasından sonra məlumat verib.
“ABŞ tərəfi ilə bağlanmış müqavilələr çərçivəsində hərbi texnika, o cümlədən 12 LTAMDS hərtərəfli radar, 48 “PATRIOT M903” sisteminin buraxılış aparatı və PAC-3 MSE raketlərinin ehtiyatı hissələri alınacaq”, - deyə bildirilib.
"Müqavilənin mövzusu həm də logistika və təlim paketləri olub. Daha sonra ABŞ hökuməti ilə IBCS sisteminin komponentləri üzrə sazişlər bağlanacaq", - məlumatda deyilir.
Qeyd edək ki, 2018-ci ildə Polşa “Wisla” raketdən müdafiə sistemi üçün “Patriot” sisteminin alınmasına dair ABŞ-la müqavilə imzalayıb. Bu proqramın iki mərhələsi Polşanın 16 buraxılış qurğusu, 208 raket, 4 radarlı radiolokasiya stansiyası almasını nəzərdə tutur. Birləşmiş Ştatlar, həmçinin Polşa komplekslərinin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasını nəzərdə tutan IBCS sistemi ilə inteqrasiya olunmasına razılaşıb.