Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB -2 VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, Baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən Sizə təşəkkürümü bildirdim. Eyni zamanda, Sizi bir daha Baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilmişdir, Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik.

Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.

Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Bir daha cənab Baş nazir Sizi salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm.

x x x

Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli media nümayəndələri.

Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.

Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.

Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB -2 VİDEO

® “Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

bp Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” kitabının təqdimatını keçirib

Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov “Məktəbdə...” layihəsinin qonağı olub

® “Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

İngiltərə nəhəngləri “Barselona”nın futbolçusunu transfer etmək istəyir

® “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ilk günü yekunlaşıb YENİLƏNİB VİDEO

“Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji tədqiqatlarda” - elmi konfrans

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təşviqi məqsədilə məlumatlandırma sessiyaları keçirilib

Bu il sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib

Pedaqoji Universitetin tələbələri şəhid məzunların ailələrini ziyarət ediblər

Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır

Tarixi Zəfərimizdən ötən dörd ilin uğurlarının miqyası ölçüyəgəlməzdir ŞƏRH

“Netflix”in Fransa filialının ofislərində axtarış aparılıb

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

ADPU-da tədbir: Qələbə ruhunu yaşat

Yaponiya və Azərbaycan arasında suvarma sahəsində qrant müqaviləsi imzalanıb

Yeni üzüm bağlarının salınmasına marağı artırmaq məqsədilə dəstək mexanizmləri həyata keçirilir

Tbilisidə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib

“Qarabağ” Avropa Liqasının oyunu üçün Norveçə yollanıb

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir

Meksika səfirliyində Ölülər Günü qeyd edilib

® “TələbəPlus” kartı ilk sahiblərinə təqdim edilib: Tələbələri geniş imtiyazlar gözləyir

COP29 mövzusu gündəmə gətirilməklə Azərbaycana qarşı təzyiq vasitələri formalaşdırılır ŞƏRH

Mədəniyyət naziri Xırdalanda vətəndaşlarla görüşəcək

Avropa Şurasının nümayəndəsi: Azərbaycan dinlərarası dialoqun təşviqində fəal iştirak edir

İslam Fiqh Beynəlxalq Təşkilatının Baş katibi: İnsanların məsuliyyətsizliyi ekoloji və digər böhranlara gətirib çıxarır

Polis Bakıda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb VİDEO

Kol Durham: İqlim probleminin həlli yolunda dini liderlərin fikirləri çox mühümdür

BDU Arxeologiya və Antropologiya İnstitutu ilə birgə elmi tədqiqatlar aparacaq

“Şuşa mədəni irsinin görünməyən tərəfləri” – dəyirmi masa

Lika Jorjoliani: COP29-un Bakıda keçirilməsi region dövlətləri üçün də önəmlidir

Rusiyalı hokkeyçi döyülərək öldürülüb

Yepiskop: Dini liderlərin Bakı Sammiti dinlərarası anlaşmanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır

Peşəkar kadrların hazırlandığı Naxçıvan Hərbi Kollecindən reportaj FOTO

Coğrafiya İnstitutunun “Tibbi coğrafiyanın əsasları” kitabı nəşr olunub

Qazaxıstan son 5 ildə təkrar üyütmə məhsullarının daşınması üzrə rekord həcmə nail olub

Ötən ay 300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub

DİM: Taksi sürücülərinin imtahanlarında 3 nəfərin başqasının yerinə girmək cəhdinin qarşısı alınıb

Qarabağ və Şərqi Zəngəzurdan olan bələdçilərə təlimlər keçirilib

Mətbuat: Türkiyədə göllər iqlim dəyişikliyinin təsiri altında sürətlə quruyur

Ravvin: Donald Trampın və Kamala Harrisin iqlim dəyişikliyi ilə bağlı fərqli yanaşmaları var

Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub

Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib

Səhiyyə Nazirliyi Xankəndidə kardioloji müayinələr təşkil edib

Gürcüstan mediasında AZƏRTAC-ın xüsusi müxbirinin COP29-la bağlı məqaləsi dərc olunub

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb

Bakı sərnişindaşıma stansiyasında gözdən əlilliyi olan şəxslər üçün yaradılan şərait sınaqdan keçirilib

Küveytin nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə birlikdə çalışmalıyıq

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib

“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimatı olub

İspaniya millisi daşqınlardan zərər çəkən insanlar üçün xeyriyyə oyunu keçirəcək

ARDNF-in İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib

Pakistanın Cunaqat əyalətinin Baş naziri: Kimyəvi silahların istifadəsi təbiətə ciddi ziyan vurub

COP29-a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tədbirə qədərki dövr üçün planlaşdırılan işləri yekunlaşdırmaq üzrədir

Vladimir Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişi üzərində iş aparılmasına gələcəkdə də kömək edəcək

Magistrantlar layihələrin idarə olunması barədə məlumatlandırılıb

Azərbaycan səfiri etimadnaməsini Rusiya Prezidentinə təqdim edib VİDEO

ADPU-da şəhid və qazi ailələrinin üzvü olan tələbələrin təhsil krediti borcları silinəcək

Milli Kitabxanada Zəfər Gününə həsr olunan elektron məlumat bazası təqdim edilib

Uşaq evi sosial xidmət müəssisələrində çalışan 41 nəfər cəzalandırılıb

Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNİB-2 VİDEO

Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Qarabağda Yaşıl İntellekt Marafonu yekunlaşıb

Ravil Qaynutdin: Azərbaycan mənəvi inkişafın, tarixi və dini dəyərlərin qorunub saxlanmasının tərəfdarıdır

“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 mart tarixli 63 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində
“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin
NİZAMNAMƏSİ

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ötən ay 28 aptekdə yoxlama aparılıb

Maliyyə sektorunun COP29 zamanı planlaşdırılan fəaliyyət sahələri müzakirə olunub

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərin davranışına görə ziyana düşüb

Baş nazir Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı artıb

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib

Azərbaycanı dünya kata çempionatında 6 cüdoçu təmsil edəcək

® Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” adlı konfrans keçirilib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

® “Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

Ali və orta ixtisas təhsilində elmi fəaliyyətin və tədrisin təşkilinə dair müzakirə aparılıb

“Air France” naməlum obyektə görə Qırmızı dəniz üzərində uçuşları dayandırıb

Estoniya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Dil biliklərinin qiymətləndirilməsində mövcud metodlar araşdırılır

“Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu çapdan çıxıb

Şamil Ayrım: Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır

Olimpiya çempionunun medalı əlindən alına bilər

AzMİU tələbələrinin buraxılış işləri beynəlxalq müsabiqədə qalib olub

AQTA: Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib

Tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir

BANM-də İqlim Dəyişiklikləri və Enerji Hüququ üzrə Beynəlxalq Konfrans keçirilib

Sosial mediada COP29 əleyhinə manipulyasiya cəhdləri edilir TƏHLİL

Müasir suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarının hər hektarı üçün 12 min manat əkin subsidiyası ödəniləcək

Almaniyanın avtomobil sektorunda böhran davam edir

Türk mütəxəssis ADAU tələbələri üçün seminar keçib

ABŞ-da prezident seçkiləri keçirilir VİDEO

Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir

Kardinal Klaudio Qucerotti: Biz müharibələrə rəğmən dostluğu təcəssüm etdirən platforma yaratmağa çalışırıq

Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır

Kol Durham: Dini icmaların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var

İcraçı direktor: Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verə bilərik