CƏMİYYƏT
Qadınlara qarşı soyğunçuluq etmiş şəxslər saxlanılmışlar
Bakı, 5 iyun (AZƏRTAC). Nəsimi rayonunda Günel Mustafazadəyə qarşı zor tətbiq edilərək 115 manat pulu, qızıl sırğası və mobil telefonu alınmışdır.
Hadisəni törətmiş İsmayıllı rayon sakini Məhəmməd Talıbov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Naməlum şəxslər Züleyxa Əsgərovanın və onun qonağı Humay Nəsirovanın əllərini bağlayıb evdən 900 manat pul, qızıl və gümüş üzüklərini aparmışlar.
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsinin əməkdaşları hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Məmmədovu yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.