ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutu “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.
Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] poçt ümvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və çap ediləcək.
Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.