İDMAN
Qaradağ rayonu üzrə məhəllələrarası mini futbol turnirinə yekun vurulmuşdur
Bakı, 24 avqust (AZƏRTAC). Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini futbol turnirinə yekun vurulmuşdur.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Lökbatan qəsəbəsindəki təlim-idman bazasında 2001-2002-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komandanın tərkibində 120 nəfər iştirak etmişdir.
Turnirdə “Neftçi” komandası birinci yeri tutmuşdur. “Lökbatan” və “Çempion” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşmüşlər.
Final oyunlarından sonra turnirin bağlanış mərasimi keçirilmişdir. Tədbirdə BŞGİBİ-nin sektor müdiri Adil Ağayev çıxış edərək uşaqlar arasında keçirilən məhəllələrarası mini futbol turnirinin futbolun inkişafında böyük rol oynadığını bildirmişdir.
Sonda qalib komandaların üzvlərinə kubok, diplomlar və idman geyimləri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]