CƏMİYYƏT
Qaradağ rayonunda tanışı olan qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
![Qaradağ rayonunda tanışı olan qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub](/files/2022/1/1200x630/1644251269224521893_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qaradağ rayonunda üzərində zorakılıq əlamətləri olan qadın meyitinin aşkarlanması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, fevralın 7-də Qaradağ rayonu ərazisində 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənaət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.