Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAX RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Sizi ürəkdən salamlayıram, sizə öz dərin hörmət və məhəbbətimi

bildirirəm.

Bu gün çox gözəl bir gündür. Bu gün mən bu bölgəyə səfər edirəm. Səhər Balakəndə, Zaqatalada olmuşam, indi isə Qaxdayam. Mənim bölgələrə səfərlərim artıq mütəmadi xarakter daşıyır. Ancaq bu bölgəyə ilk dəfədir ki, səfər edirəm. İstəyirdim özüm gəlim, vəziyyətlə tanış olum, mövcud olan problemlərin həlli barədə, bu istiqamətdə əlavə tədbirlər haqqında qərarlar qəbul edilməlidir.

Bildiyiniz kimi, regionların inkişaf proqramı icra edilir. Ancaq hər bir regionun, hər bir bölgənin, rayonun özünəməxsus problemləri, xüsusiyyətləri var. Bu problemləri biz bilməliyik, onları təhlil etməliyik və müvafiq qərarlar qəbul etməliyik. Bütövlükdə, Azərbaycanda son illər ərzində regionların inkişafı sürətlə gedir. Bu proqram hərtərəflidir və bütün sahələri əhatə edir. Həm iqtisadi islahatlar davam etdirilir, eyni zamanda, sosial məsələlər həll olunur. Bu iki istiqamətdə əsas işlərin görülməsi gələcəkdə də nəzərdə tutulubdur. Çünki iqtisadi potensial olmasa, bizim maddi imkanlarımız olmasa heç bir məsələni, heç bir sosial proqramı həll etmək mümkün deyildir. Planlarımız isə çox böyükdür, çox genişdir. Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılsın, elektrik xətləri, qaz kəmərləri, su kəmərləri çəkilsin, yollar salınsın, müasir nəqliyyat infrastrukturu möhkəmlənsin. Əlbəttə ki, insanları ən çox narahat edən sosial problemlər də uğurla həll olunsun.

Bunu etmək üçün, əlbəttə ki, iqtisadi güc lazımdır, iqtisadi potensial lazımdır. Son illər ərzində Azərbaycanda davam etdirilən uğurlu iqtisadi islahatlar bu potensialın yaradılmasında bizə kömək göstərir. Bizim büdcəmiz hər il artır, minimum əmək haqqı, maaşlar hər il artırılır və bu, gələcəkdə də nəzərdə tutulur. Bu il də maaşlara yenidən baxılacaq, yenidən artım nəzərdə tutulacaq, gələn il də biz bunu davam etdirəcəyik. Bir sözlə, Azərbaycanın vətəndaşları ən yüksək səviyyədə yaşamalıdırlar. Həyat səviyyəsi, iş şəraiti yaxşılaşmalıdır, məktəblər, xəstəxanalar tikilməli, yollar salınmalıdır. Proqramlarda bunların hamısı var. Amma biri var, bunlar proqramda olsun, kağız üzərində olsun, biri də var ki, həyatda öz əksini tapsın. Buna nail olmaq üçün biz hamımız birlikdə çalışmalıyıq, səylərimizi birləşdirməliyik.

Bakıda qəbul olunmuş qərarlar yerlərdə icra edilməlidir və bu qərarların düzgün icrasına nəzarət olmalıdır. Mənim bölgələrə səfərlərimin, demək olar ki, əsas mənası və məqsədi bundan ibarətdir. Yəni real vəziyyəti özüm gözümlə görüm, insanları narahat edən problemləri, əldə olunmuş nailiyyətləri bilim. Ancaq ilk növbədə, məni daha çox maraqlandıran problemlərdir. İnsanları hansı problemlər narahat edir, harada çatışmazlıqlar var, hansı sahəni gücləndirməliyik, səyləri hansı istiqamətə daha da çox yönəltməliyik. Ona görə bölgələrə səfərlərimin məqsədi bundan ibarətdir və hər dəfə rayonlarda olarkən sizinlə görüşlər mənim üçün çox faydalı, çox dəyərli olur.

Azərbaycanın çox gözəl perspektivləri var. Azərbaycan bölgədə çox möhkəm mövqelərə malik olan bir ölkədir. Bizim nüfuzumuz artır, imkanlarımız artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə - nə siyasi, nə iqtisadi layihələr, nə nəqliyyat layihəsi həyata keçirilə bilməz. Bütün bu layihələr Azərbaycanla bağlıdır. Azərbaycan bir çox beynəlxalq layihələrin təşəbbüskarı və onların icraçısıdır.

Qonşu ölkələrlə münasibətlərimiz də çox müsbətdir. Bu gün mən Zaqatalada sərhəd dəstəsində oldum, oradakı vəziyyətlə tanış oldum. Balakən, Zaqatala və Qax - həm Rusiya, həm də Gürcüstanla həmsərhəd bölgələrdir. Qonşularla yaxşı, səmərəli münasibətlərin möhkəmlənməsi, saxlanması bizim üçün vacibdir, qonşularımız üçün də vacibdir. Bilirsiniz ki, Azərbaycanın bütün qonşuları ilə çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələri vardır. Biz bu istiqamətdə böyük işlər görürük və regional əməkdaşlıq çərçivəsində Azərbaycanın önəmi və rolu artmaqdadır. Mən əminəm ki, gələcəkdə bu bölgədə həyata keçiriləcək layihələr bizim mövqelərimizi daha da möhkəmləndirəcəkdir.

Bildiyiniz kimi, Azərbaycanın çox böyük neft-qaz ehtiyatları var, artıq onlar işə salınır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o çətin, ağır illərdə - 1990-cı illərin əvvəllərində qəbul edilmiş qərarlar və tikilən neft-qaz kəmərləri, əlbəttə ki, ölkəmizin iqtisadi maraqlarına xidmət edir, iqtisadi gücümüzü, eyni zamanda, dünya üçün Azərbaycanın önəmini artırır. Artıq Azərbaycan bölgə siyasətində deyil, dünya siyasətində böyük rol oynamağa başlayıbdır. Çünki Azərbaycanın zəngin neft-qaz ehtiyatları var. Bunların dünya bazarlarına çıxarılması üçün mövcud olan neft-qaz kəmərləri Azərbaycanı ən önəmli ölkələr sırasına daxil edir. Biz bu gözəl imkanlardan çox məharətlə istifadə etməliyik və edirik. Əlavə etsək ki, Azərbaycanın coğrafi mövqeyi də çox əlverişlidir, bütün nəqliyyat dəhlizləri, - istər şimaldan cənuba, istərsə, qərbdən şərqə, - bizim ərazimizdən keçir, Azərbaycanın gələcək inkişafı, əlbəttə ki, çox müsbət olacaqdır.

Gələcək inkişafın təməli indi qoyulur və bu gün görülən işlər, regionların sosial-iqtisadi inkişafı proqramı da bu məqsədi güdür. Azərbaycanın təbii ki, böyük layihələri var. Ölkəmizin inkişafı üçün, zənginləşməsi, iqtisadi potensialın artması üçün, əlbəttə ki, neft-qaz amilləri böyük rol oynayır və bu, gələcəkdə də belə olacaqdır. Çünki bu, bizim iqtisadiyyatımızın əsas sahəsidir.

Ancaq əgər qeyri-neft sektoru inkişaf etməsə, regionlar inkişaf etməsə biz heç vaxt uğur qazana bilmərik. Bizim gücümüz məhz bundadır ki, Azərbaycanın hər bir bölgəsi, hər bir rayonu, kəndi inkişaf etsin, orada yaşayış səviyyəsi yüksək olsun, xidmət səviyyəsi yüksək olsun, ən qabaqcıl texnologiyalar tətbiq edilsin və insanlarımız daha yaxşı yaşasınlar. Bu məqsədlə indi geniş məktəb tikintisi proqramı həyata keçirilir və məktəblərin kompyuterləşdirilməsi proqramı icra olunur. Bölgələrdə yeni tibb ocaqları, aeroportlar istifadəyə verilir. Yəni qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet istiqamət olmalıdır.

Neft-qaz sektorunun inkişafında böyük uğurlar əldə edilib və bizim vəzifəmiz bunları daha da möhkəmləndirmək və bu siyasəti irəliyə aparmaqdır. Qeyri-neft sektorunda, kənd təsərrüfatında görüləsi işlər çoxdur. Nəzərə alsaq ki, Azərbaycanın əhalisinin yarısı kəndlərdə yaşayır, aqrar sektorda fəaliyyət göstərir, bunun həm iqtisadi, həm sosial baxımdan nə qədər böyük əhəmiyyət daşıdığını görürük. Bu məqsədlə müəyyən addımlar atılıbdır. Bildiyiniz kimi, bu ildən kreditlərin verilməsi, yeni kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə paylanması prosesi də başlanır. Ayrılan vəsait ildən-ilə artacaq, çünki bizim büdcəmiz, imkanlarımız artır. Əlbəttə ki, neft-qaz sektorunun inkişafının hesabına Azərbaycana böyük həcmdə pul, xarici valyuta gələcəkdir. Bu vəsait ilbəil çoxalacaq, maaşlar, pensiyalar, sərmayələr artacaqdır. Əlbəttə ki, belə olan halda, Azərbaycanın bütün bölgələri sürətlə inkişaf etməlidir.

Bütün bunlar bizim planlarımızdır. Amma o planların uğurlu icrası bizim hamımızdan asılıdır. Yerlərdəki rəhbərlərdən də asılıdır. Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir.

Bizim tələblərimiz aydındır və bu barədə mən öz sözümü dəfələrlə demişəm, bəyan etmişəm: iqtisadi potensialın möhkəmlənməsi, sosial məsələlərin həlli, maliyyə nizam-intizamının möhkəmlənməsi, ayrılan vəsaitin düzgün istiqamətə yönəldilməsi və şəffaflığın təmin olunması, insanlara qayğı, diqqət, abadlıq-quruculuq işləri. Bunlar əsas prioritet istiqamətlərdir. Əgər hər bir istiqamətdə lazımi səviyyədə iş görülərsə, problemlər daha da tez həll ediləcəkdir. Mən əminəm ki, Azərbaycanın əsas sosial-iqtisadi problemləri həll olunacaqdır. Çünki bunu etmək üçün bizim iradəmiz və niyyətimiz var, düşünülmüş proqramımız, maddi imkanımız var. Əsas odur ki, yerlərdə işlər düzgün istiqamətdə qurulsun. Bütün aidiyyəti orqanlar bir vahid komanda şəklində işləsinlər və əhali də nəzarət etməlidir. Çünki biz xalq üçün yaşayırıq. Xalq üçün yaradırıq, xalq bizə etimad göstərib seçibdir. Şəxsən mənim borcum ondan ibarətdir ki, öz əməyimlə, zəhmətimlə, qəbul edilmiş qərarlarla doğma xalqıma xidmət edim.

Biz Azərbaycanı inkişaf etdirməliyik. Bizim çox gözəl ölkəmiz, ən gözəl təbiətimiz var. Demək olar ki, bütün iqlim qurşaqları Azərbaycanda mövcuddur. Bu bölgənin çox gözəl təbiəti var və bu təbiətdən çox səmərəli istifadə etməliyik. Digər bölgələrin də özünəməxsus təbiəti var. Çox zəngin təbiətimiz var, çox məhsuldar torpağımız var.

Biz bundan istifadə etməliyik. Hesab edirəm ki, xüsusilə bu bölgəyə aid olan prioritet istiqamətlərdən biri də turizmin inkişafı olmalıdır. Belə gözəl yerlər dünyanın heç bir yerində yoxdur. Sadəcə olaraq, bunu biz gərək təqdim edək, müasir şərait - turizm kompleksləri, mehmanxanalar, aeroportlar yaradaq. Yollar salınmalıdır. Məhz bu məqsədlə, bölgənin inkişafı üçün bu gün mən Zaqatalada yeni tikiləcək aeroportun layihəsi ilə tanış oldum. Göstəriş verdim ki, Zaqatalada uzun müddət fəaliyyətini dayandırmış aeroport yenidən tikilsin. Böyük uçuş-enmə zolağı tikilsin və Bakıdan, Azərbaycanın başqa şəhərlərindən və xaricdən sərnişinlər buraya təyyarə ilə də gələ bilsinlər. Əgər bu olmasa, onda bölgədə turizmin inkişafı o qədər də böyük səmərə verməz. Yəni bizim vəzifəmiz ondadır ki, yollar salmalıyıq, aeroport, müasir mehmanxana kompleksləri, istirahət zonaları tikməliyik. Yerli sahibkarlar və başqa yerlərdən gələn sahibkarlar da bu fürsətdən istifadə etməlidirlər.

Bu gün Azərbaycana qoyulan sərmayə heç vaxt batmayacaqdır. Xaricdən gəlib Azərbaycana pul qoyurlar. Təkcə sənaye sektoruna yox, turizm sektoruna, xidmət sektoruna, emal sektoruna da. Biz özümüz də vəsait qoymalıyıq, sahibkarlığı inkişaf etdirməliyik. Amma necə? Əgər ilkin kapital yoxdursa, sahibkarlıq inkişaf edə bilməz. Deyə bilərəm ki, məhz bu baxımdan Azərbaycanın təcrübəsi bölgədə çox nadir təcrübədir. Sahibkarlığın inkişafı üçün bu il dövlət büdcəsində 100 milyon dollar səviyyəsində kreditlər nəzərdə tutulubdur. O kreditlər hər bir iqtisadi zonaya, orada fəaliyyət göstərən sahibkarlara veriləcəkdir. 100 milyon dollar çox böyük məbləğdir. Bunu güzəştli şərtlərlə sahibkarlara veririk, təki, onlar bu puldan səmərəli istifadə etsinlər, gözəl müəssisələr, fabriklər, emal sexləri, turizm infrastrukturu yaratsınlar. Özləri də pul qazansınlar, ölkəmiz də inkişaf etsin, insanlar da daha rahat, yaxşı yaşasınlar. Məqsəd bundan ibarətdir, biz bu yolla gedirik və bu məqsədə çatacağıq. İldən-ilə güclənən Azərbaycan öz istədiyinə nail olacaqdır.

Yenə də demək istəyirəm, bütün imkanlarımız var. Xalqla iqtidar arasında birlik var, ölkədə asayiş, əmin-amanlıq, sabitlik, təhlükəsizlik var, iqtisadi inkişaf var. Dünyanın heç bir ölkəsində iqtisadi artım 26 faiz təşkil etməyib. Azərbaycanda iqtisadi artım keçən il 26 faizdən çox, bu ilin birinci rübündə 40 faiz olmuşdur. Yoxsulluğun səviyyəsi iki il ərzində 49 faizdən 29 faizə düşübdür. Ancaq 29 faiz də böyük rəqəmdir. Yenə də aşağı düşəcək, Azərbaycanda yoxsul olmayacaqdır. Biz bunun olmasına imkan verməyəcəyik. Bizə bir az, bir neçə il vaxt lazımdır. Azərbaycanda işsizlik tamamilə aradan qaldırılmalıdır. Yəni işləmək istəyən işlə təmin olunacaqdır. Eləsi var ki, işləmək istəmir, əlbəttə, onu biz zorla işlədə bilməyəcəyik. Amma işləmək istəyən işləməlidir. Heç kim yoxsulluq səviyyəsində yaşamamalıdır. Dünyada bütün ölkələr üçün tətbiq olunan bir meyar var. Gündə 2 dollardan az alan adamın yaşayışı normal sayıla bilməz. Əlbəttə, Azərbaycanda qiymətlər dünya qiymətlərindən aşağıdır. Ona görə Azərbaycanda yoxsulluq həddi, yaxud da ki, yaşayış minimumu fərqlənir. Amma inkişaf etmiş ölkələrdə, harada ki, qiymətlər də, yaşayış da bizdəkindən daha bahadır, onlarda həmin minimum gündə 2 dollardır. Biz buna çatmalıyıq və çatacağıq. Bu gün Azərbaycanda minimum əmək haqqı təxminən 30-35 manatdır. Bu yaxınlarda 40 manata, ondan sonra 50 manata qaldırılacaqdır. Beləliklə, minimum əmək haqqı ən azı insanın minimum tələbatını ödəyəcəkdir. O cümlədən pensiyalar da. Bu vəzifə də qoyulubdur. Pensiyanın, əmək haqqının minimum həddi insanın əsas tələbatını ödəməlidir. Bununla yanaşı, əlbəttə ki, sahibkarlığın inkişafı, iqtisadi artımın hesabına əmək haqları, pensiyalar ildən-ilə qaldırılacaqdır. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır. Mən şübhə etmirəm ki, biz bu məqsədə nail olacağıq. Buna nail olmaq üçün hamımız fəal, gərgin və hər gün işləməliyik. Hər gün işləməliyik, hər gün yaratmalıyıq, doğma Vətənimizi gücləndirməliyik ki, Azərbaycan daha da möhkəm olsun, qüdrətli, zəngin dövlətə çevrilsin. Bu işdə sizə uğurlar arzulayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra dövlətimizin başçısı sakinlərlə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı. Sakinlər Prezidentə təşəkkürlərini bildirdilər və qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələn köməyi etməyə hazır olduqlarını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı