Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

QAXDA 2009-CU İLDƏ ƏVVƏLKİ İLDƏKİNDƏN 228 MİN MANATLIQ ÇOX KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSAL OLUNMUŞDUR

Qax, 12 fevral (AZƏRTAC). 2009-cu ildə Qax rayonunda ümumi daxili məhsul istehsalı 63 milyon 260 min manat olmuşdur. Hesabat ilində əvvəlki ildəkindən 228 min manat çox - 29 milyon 458 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əhalinin pul gəlirləri 949 min manat artaraq 43 milyon 417 min manat olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 21 manat artaraq 136 manata çatmışdır. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq il ərzində rayonda 325 yeni iş yeri yaradılmışdır.

Bu faktlar 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mədəniyyət evinin foyesində rayonda istehsal olunmuş sənaye və kənd təsərrüfatı məhsulları sərgisinə, 2009-cu ildə qazanılmış uğurlardan bəhs edən filmə baxmışlar.

Rayon İcra hakimiyyətinin başçısı Telman Quliyevin hesabat məruzəsində daha sonra bildirilmişdir ki, rayonun iqtisadiyyatında mühüm rol oynayan aqrar sahənin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. İl ərzində 16 min 311 ton buğda, 530 ton quru tütün, 9440 ton meyvə, 2862 ton fındıq, 418,6 ton qoz, 2930 ton üzüm, 400 ton şəkər çuğunduru istehsal olunmuşdur. Bu ilin məhsulu üçün 11 min 541 hektar sahədə payızlıq taxıl səpilmişdir. Rayon iqtisadiyyatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi sahəsində tədbirlər 2009-cu ildə də davam etdirilmişdir. “İnter-Tobaco” ASC-nin Qax filialı tərəfindən tütün məhsulunun yaşıl halda emalına imkan verən Bolqarıstan istehsalı olan daha 32 ədəd tütünqurutma kameraları gətirilərək quraşdırılmış, 13 min ton yaş tütün qurudulmuşdur.

Rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumat verən məruzəçi 2009-cu ildə şagird yerlərinin ümumi sayı 1080 olan 3 yeni məktəb binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi və statistika idarəsi üçün yeni inzibati binaların, tikiş sexinin, Malax çayı üzərində biraşırımlı körpünün tikilib istifadəyə verildiyini, mərkəzi rayon xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin başa çatdırıldığını, İdman Kompleksinin, Qaxbaş kəndində 200 yerlik hotelin tikintisinin davam etdirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, hazırda Qax şəhərinin giriş hissəsində daxili imkanlar hesabına YAP rayon təşkilatı, habelə Uşaq Yaradıcılıq Mərkəzi üçün yeni binalar tikilir. Bundan əlavə, şəhərin 20 Yanvar küçəsində aparılan yenidənqurma işləri davam etdirilir, Heydər Əliyev küçəsində 4 hektar sahədə yeni park salınır.

Görülmüş işlərlə yanaşı 2010-cu ildə rayonda bir sıra obyektlərin tikintisi də nəzərdə tutulur. Kürmük çayı üzərində uzunluğu 640 metr olan körpünün, Vergilər Nazirliyinin Qax rayon Vergi Terminalının, Pavilyon ərazisində süd məhsulları emalı zavodunun, habelə cır meyvə tədarükü və emalı sexinin, Zəyəm kəndində 360 yerlik yeni məktəb binasının, Qax şəhərində uşaq istirahət mərkəzinin, yeni avtovağzal binasının, baytarlıq laboratoriyası, idman liseyi, qaz istismarı sahəsi, rayon məhkəməsi, İlisu kəndində Tarix və Mədəniyyət Qoruğu, habelə digər qurumlar üçün yeni inzibati binaların tikintisi, Almalı, Qorağan, Əlibəyli və Marsan kəndlərinin qazlaşdırılması, Qıpçaq, Almalı, Güllük və Əlibəyli kəndlərində yeni səhiyyə obyektlərinin tikintisi nəzərdə tutulmuşdur.

Məruzəçi çıxışında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülmüş işlərə toxunmuş, bu sahədə yol verilmiş nöqsanların təcili aradan qaldırılması üçün əlaqədar qurumların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək 2009-cu ildə respublikamızın əldə etdiyi uğurlardan danışmış, qarşıda duran vəzifələri qeyd etmiş, tövsiyələrini bildirmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI