DÜNYA
Qazaxıstanda genişmiqyaslı xüsusi əməliyyat keçirilir
Bakı, 7 dekabr, AZƏRTAC
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat keçirir. Bu barədə respublikanın informasiya və kommunikasiya naziri Dauren Abayev məlumat verib. Nazir əlavə edib ki, təfərrüatlar əməliyyat başa çatdıqdan sonra açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, “Sputnik Qazaxıstan” agentliyinin yaydığı məlumata görə, operativ tədbirlər neft emalı zavodu rayonunda keçirilir. Şəhərin müxtəlif yerlərində həbslər aparılır.
Xatırladaq ki, bu ilin iyununda bir qrup şəxs Aktobedə iki silah mağazasına və hərbi hissəyə silahlı basqın etmişdi. Hücum nəticəsində 3-ü hərbi qulluqçu olmaqla, 8 nəfər öldürülmüşdü. Güc strukturları isə 18 cinayətkarı məhv etmiş, 8-ni tutmuşdular.
Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi 2017-ci il yanvarın 15-dək qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]