SİYASƏT
Qəbələnin dövlət qulluqçuları peşə bayramlarını qeyd etmişlər
Qəbələ, 23 iyun (AZƏRTAC). İyunun 23-də Qəbələ Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramına həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin xatirəsini böyük ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmişlər. Natiqlər son illər Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanıldığını qeyd etmiş, ölkəmizdə dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, dövlət idarəetmə sistemində çalışanların əməyinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Toplantıda rayonun bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və mükafatlar təqdim olunmuşdur.