Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri- Aşağı Necili

Qərbi Azərbaycan kəndləri- Aşağı Necili

Bakı, 19 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Aşağı Necili kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən iki kilometr qərbdə, Uluxanlı dəmiryol stansiyasının yaxınlığında, Zəngi çayının sol sahilində yerləşir. Kənddə 1950-ci ilə qədər (1828-ci ildən sonrakı qısa bir müddət istisna olmaqla) ancaq azərbaycanlılar, 1950-1988-ci illərdə azərbaycanlılarla yanaşı ermənilər yaşayıb, 1988-ci ildə kənd bütünlüklə erməniləşdirilib.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) kəndin adı Qırxbulaq nahiyəsinin Balaşlı Nəcli, İvan Şopendə (1832) və sonrakı bütün mənbələrdə Aşağı Necili şəklində qeydə alınıb.

Rəvayətə görə, Necili (Yuxarı Necili) kəndində bir-birindən inciyənlər gedib aşağıda məskən salarmışlar və Aşağı Necili kəndi beləcə yaranmışdır.

Elmi ədəbiyyatda, kəndin adının Necili tayfasının adından yaranması fikri (B.Budaqov, Q.Qeybullayev) mövcuddur. Lakin biz bu fikirlə kifayətlənməyərək toponimin, hətta onun mənbəyi olan eyniadlı etnonimin tarixi köklərinə enmək istərdik.

Öncə xatırladaq ki, Necili adı İ.Şopenin də diqqətini çəkib. O, “İstoriçeskiy pamyatnik“ əsərində belə fərziyə irəli sürüb ki, Stepan Orbelianın Nedis adı ilə xatırlatdığı, XII əsrdə gürcü çarı Dimitri Davidoviçin vaxtında xalqın Hrasdan (Zəngi) çayı üstündə Ərmən atabəyi Dərsəicanın şərəfinə xaç ucaltdığı kənd elə Necili kəndidir.

Lakin nədənsə belə bir fakt hamının diqqətindən yayınıb ki, Ərmən tarixçisi Moisey Xorenli Ərməniyənin (Arman ölkəsinin) 15 əyaləti sırasında yeddinci olan Ararat əyalətinin 19 dairəsindən (mahalından) on beşincini Nig adı ilə qeydə alıb və onun Qırxbulaq-Zəngibasar mahalları ərazisini əhatə etdiyini göstərib. Belə olan surətdə Necili (Nig-eli//Nic-eli//Necili) toponiminin bu qədim mahalın adını daşıdığı və azı iki min ilə yaxın yaşa malik olduğu fikri ortaya çıxır. Nig//Nuh paralelini nəzərə aldıqda isə Nuh eli mənasında bu toponimin tarixi daha qədimlərə gedir. Toponimin el//il komponenti onu yaradanların etnik mənsubiyyətini (türklüyünü) tam aşkarlayır.

Digər tərəfdən, M.Xorenli Ararat əyalətinin Kotayk dairəsində Ncin adlı yaşayış məntəqəsi də qeydə alıb ki, İ.Şopen bu kəndin də Necili kəndi olduğunu ehtimal edir. Bəzi tədqiqatçıların Necili toponimini “cilsiz yer” kimi mənalandırmasını tamamilə səhv hesab edirik.

Kəndin adının Zəngibasar mahalı ərazisində məskunlaşan üç qardaşdan (Ulu xan, Ağa xan və Nici xan) birinin - Nici xanın adından yaranması fikri isə xalq etimologiyasından başqa bir şey deyil və heç bir elmi əsası yoxdur.

Professor S.Şükürovun “Necili əslində Keçilidir, qədim türk tayfalarından birinin adını yaşadır. Çox güman ki, dilə yatımlı olsun deyə xalq onu bu şəkildə işlətmiş və elə bu formada da müasir dövrə gəlib çıxmışdır” - fikri ilə də qətiyyən razılaşmaq mümkün deyil.

Aşağı Necili kəndində 1831-ci ildə 45 təsərrüfatda 411 nəfər (203 kişi, 208 qadın) yerli müsəlman, 24 təsərrüfatda 114 nəfər (68 kişi, 46 qadın) İrandan köçürülüb gətirilmiş erməni siyahıya alınıb. 1873-cü ilin statistik məlumatlarında kənddə ancaq azərbaycanlı əhali qeydə alınıb: 125 təsərrüfatda 1183 nəfər (613 kişi, 570 qadın) olub. Sonrakı illərdə kənd daha sürətlə böyüyüb və 1886-cı ildə İrəvan qəzasının Hacı Eylas nahiyəsinin bu kəndində 168 təsərrüfatda 1147 nəfər (649 kişi, 498 qadın) azərbaycanlı qeydə alınıb. Kənddə 1897-ci ildə 1178 nəfər, 1905-ci ildə 1430 nəfər, 1914-cü ildə 1573 nəfər azərbaycanlı yaşayırdı.

1918-1919-cu illərdə kəndin əhalisi iki dəfə qaçqın düşüb. Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin bir qismi qayıdıb. 1922-ci ildə kənddə 555, 1926-cı ildə 726 nəfər, 1931-ci ildə 627 azərbaycanlı qeydə alınıb. Lakin bütün sahələrdə azərbaycanlıların diskriminasiyası öz işini görürdü. 1978-ci il yanvarın 25-də kəndin Aşağı Necili adı dəyişdirilərək Sayat Nova qoyulub.

Aşağı Necili kəndi strateji cəhətdən çox uğurlu coğrafi mövqedə yerləşirdi. Kəndin bir tərəfindən Zəngi çayı axır, digər tərəfindən İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti, üçüncü tərəfdən İrəvan-Üçkilsə avtomobil yolu keçirdi.

Kəndin kənarından Dəyirman çayı axırdı. Çay kəndin dəyirmanını işlətdiyi üçün bu adı almışdı. Haramı çayı Dəyirman çayından ayrılır, Zimird novla gəlib Zəngi çayına tökülürdü. Zəngi çayının suyu sarımtıl olduğu üçün camaat onu Sarısu da adlandırırdı.

Kəndin iki məscidi olub. Onlardan biri kəndin cənub hissəsində, digəri Zəngi çayına yaxın yerdə idi. Köhnə məscidin xarabalıqları dururdu və onun nə vaxtdan tikildiyi məlum deyildi. Təzə məscid XX əsrin əvvəllərində tikilmişdi. Aşağı Necili camaatı dini adət, mərasim və ayinləri həmişə ciddi şəkildə gözləyər və bunlara əməl edərdi. Kəndin tarixində Molla Zeynalabdin, Hacı Molla Əsəd, Molla Nəcəf, Hacı Molla Əli, Molla Məmmədhüseyn, Molla Bayraməli, Molla Abbas, Axund Əli, Molla Bağır kimi nüfuzlu din xadimləri olublar.

Kərbəlayı Yusif Axund Əli oğlu Axundov İraqın Nəcəf şəhərində dini təhsil almışdı. 1921-ci ildən İrəvandakı məşhur Göy məsciddə təhsilini davam etdirmişdi. 1948-ci il deportasiyasına qədər kolxozda müxtəlif vəzifələrdə çalışırdı.

Kəndin iki müsəlman qəbiristanlığı vardı. Köhnə qəbiristanlıq Zəngi çayının o tayında yerləşirdi. Təzə qəbiristanlıq kəndin içində, məscid binasının arxa tərəfində, Zəngiyə doğru idi. 1950-ci ildən etibarən kənddə məskunlaşmağa başlayan gəlmə ermənilər isə özlərinə yeni erməni qəbiristanlığı salmışdılar.

Təzə müsəlman qəbiristanlığında Mir Abbas ağanın qəbri yerləşirdi ki, bu qəbir ocağa çevrilmişdi. Hacı Mir Cəlil ağanın ocağı da adamların iman yeri idi. Adamlar bu ocağa ceyran gəldiyindən danışırdılar.

Kəndin tarixində onun şəxsiyyətlərinin xüsusi yeri var. Keçmişdə Vəli kəndə uzun müddət qlavalıq etmiş, Sovet hakimiyyəti qurulanda Türkiyəyə köçmüşdü.

Aşağı Necili rayon mərkəzinə ən yaxın kənd olduğu üçün erməni daşnaklarının hücum və təhdidlərinə digər kəndlərə nisbətən daha çox məruz qalırdı. 1918-ci ildə də belə olmuşdu. Lakin Aşağı Necilinin Məşədi Abbas, Məşədi Ələsgər, Musa Molla Məmmədhüseyn oğlu kimi qeyrətli oğulları bölgədə erməni quldurlarının qarşısını almaq üçün imkanlı adamlardan pul toplayaraq Zəngibasara iki vaqon silah alınıb gətirilməsinə nail olmuşdular. Hətta erməni daşnaklarının duyuq düşməsi nəticəsində bu silahı vaqonlardan boşaldarkən Uluxanlı stansiyasında atışma düşmüş, bu atışmada xeyli erməni ilə yanaşı, Aşağı Necilidən iki qardaş da həlak olmuşdu.

Silahlı erməni dəstələrinin hücumlarına davam gətirə bilməyən Aşağı Necili camaatı 1918-ci ildə Arazı keçərək Türkiyəyə sığınmağa məcbur olmuşlar. Lakin bir qədər sonra onlara xəbər göndərilir ki, daşnaklar çəkilib gedib və kənddə bir nəfər də erməni yoxdur, geri qayıdın. Ermənilərin bu hiyləsinə aldanan camaat geri dönür. Bir müddət sonra - 1919-cu ilin payızında, çəltik biçini qabağı daşnaklar qəfil hücum edir, kəndin bütün sərvətini ələ keçirirlər. Camaat təzədən Arazın o tayına sığınmağa məcbur olur. İki ilə yaxın Türkiyə, İran ərazisində mühacirətdə qalan əhali 1921-ci ildə Culfadan keçərək Naxçıvana gəlir, bir neçə ay burada daldalanıb, Zəngibasar mahalı erməni daşnaklarından təmizləndikdən sonra doğma yurda qayıdırlar. Bu vaxt artıq kənd tamam məhv edilmişdi. Əhali təzədən özünə ev-eşik düzəltməyə başlayır. 1930-cu ildə kənd camaatının bir hissəsini Azərbaycana köçürürlər. Lakin adamlar iqlim şəraitinə dözməyib, geri dönürlər.

Aşağı Necili kəndi növbəti deportasiyaya 1950-ci ildə məruz qalıb. Kənddəki 240 ailədən 200-ü Uluxanlı dəmiryol stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya olunub. Köçürülənlər Beyləqan və Ucar rayonlarına paylaşdırılıblar. Zəngibasar kimi bol sulu rayondan gətirilib, bu susuz çöllərə tökülən camaat az vaxtda xeyli itki verib. Təkcə Beyləqan rayonunda Aşağı Necili kəndindən 30-a qədər ailə tələf olub.

Bir müddət sonra sağ qalan əhalinin əksəriyyəti geri - Aşağı Neciliyə qayıdıb. Bu vaxt artıq kənddə həm də ermənilər məskunlaşdırılmışdı.

Sovet hakimiyyətinin ilk illərində Aşağı Necili kəndində Həbib kişinin evində birsinifli yeni tipli məktəb açılıb, sonralar həmin məktəb ibtidai məktəbə çevrilib. 1933-cü ildə kənddə birmərtəbəli yeni məktəb binası tikilib və təhsil yeddiilliyə çevrilib. 1958/1959-cu tədris ilində kənd məktəbinin ilk səkkizillik buraxılışı olmuşdur.

1970-ci illərdə kənddə yeni tipli məktəb binası tikilir və məktəb tam orta məktəbə çevrilir. Artıq 1988-ci ildə Aşağı Necili məktəbində 690 şagird oxuyurdu.1988-ci ildə kənddə 490 təsərrüfat vardı. Onun 390-ı azərbaycanlılar idi.

1988-ci ilin məlum hadisələri kənd camaatını öz yer-yurdundan didərgin saldı. Ermənilərin Aşağı Necili kəndinə ən dağıdıcı hücumu 1988-ci il iyunun 18-də oldu. Həmin gün ermənilər Aşağı Necili kəndinə bir neçə istiqamətdən hücuma keçdilər. Evlər dağıdıldı, yandırıldı. Bu vəhşi aksiyaya rayonun erməni rəhbərləri özləri başçılıq edirdilər.

Qədim Zəngibasar mahalının digər kəndləri kimi, Aşağı Necili kəndi də həmin il erməni vəhşiliyinin qurbanı oldu, camaat dədə-baba yurdundan qovulub çıxarıldı. Bu gün Aşağı Necili camaatı əsasən Bakı şəhərində məskunlaşsalar da, Azərbaycanın, demək olar ki, bütün rayonlarına səpələniblər. 1920-1930-cu illərdə Türkiyəyə sığınan aşağı necililərin nəvə-nəticələri bu gün qardaş ölkədə də yaşayırlar.

Aşağı Necili kəndində əsas üç tayfa olub: Xəlifəli, Göyçəbəyli, Şamqulu.

Kəndin toponimləri

Çay və bulaq adları: Zəngi (Sarısu) çayı, Dəyirman çayı, Haramı çayı, Mollarza bulağı, Mərzənin ləki, Vəli qlavanın bulağı, Kəlba Usubun bulağı, Məşədi Səttar bulağı, Ələkbərin bulağı, Zimird nov.

Yer adları: 30 sentner, Eşşəkquduran, Qaratəpə, Ponqara, Yeddilər, Əhmədağa bağı, Məşədi Abbas bağı, Məşədi Ələsgərin bağı, Təhman, Tutmalıq, Əriklik, Dolu, Güzdək, Qobular, Münəvvərin qobusu.

Məhəllə və körpülər: Qədeşlər məhəlləsi, Molla Məmmədhüseyn uşağının məhəlləsi, Kəlba Əkbərin körpüsü, Dəmir körpü, Taxta körpü, Daş körpü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat