Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq
Vatikan, 18 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk pastoral səfərində olduğu İtaliyanın Verona şəhərində Yaxın Şərqdə ədalət və sülh üçün çağırış edib.
AZƏRTAC xəbər verir ki, pontifik səfər çərçivəsində San Zeno Bazilikasında dindarlarla, şəhərin mərkəzi meydanında isə təxminən beş min uşaq və gənclə görüşüb. Sonra on iki mindən çox insanın toplaşdığı Verona Arenasında çıxış edən Papa Fransisk qeyd edib: “Sülh heç vaxt inamsızlığın, divarların, bir-birinə tuşlanmış silahların nəticəsi olmayacaq. Biz ölüm, məhv, qorxu əkmirik. Ümid səpək! “Qaçılmaz” müharibənin tamaşaçısına çevrilməyin. Sülhdən danışmaq hər şeydən vacibdir. Biz bu tarixi məqamda sülhün dəyərini, diplomatiyanın dəyərini bilməliyik”.
Roma Papası valideynləri HƏMAS tərəfindən qətlə yetirilən israilli gənclə və qardaşı İsrail ordusu tərəfindən öldürülən fələstinli gənclə görüşüb.
“Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar bir-birlərini qucaqlamağa cəsarət edirlər. Bu, təkcə sülh istəməyin cəsarəti və ifadəsi deyil, həm də gələcək üçün bir layihədir”, - deyə pontifik bildirib.
O, daha sonra Montorio həbsxanasında məhbuslarla nahar edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]