REGİONLAR
Qubada evdən oğurluq edən üç nəfər saxlanılıb VİDEO
Quba, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada fərdi yaşayış evindən oğurluq edən üç gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakin Xantəmir Səfixanov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini - zərərçəkənin qohumu Ramin Teymurxanov, Məhəmməd Məmmədov və Turqay Orucov saxlanılıblar.
Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.