Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qulam İshaqzai: Azərbaycan ötən illər ərzində çox böyük işlər görüb VİDEO

Qulam İshaqzai: Azərbaycan ötən illər ərzində çox böyük işlər görüb VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab İshaqzai, ilk növbədə Azərbaycan ilə BMT arasında əlaqələr barədə məlumat verməyinizi xahiş edirik.

-Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında çox fəal, dostcasına, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələr mövcuddur. Azərbaycan 1992-ci il mart ayında Birləşmiş Millətlər Təşkilatına üzv olub. Artıq 24 ildir ki, Azərbaycanda BMT-nin nümayəndəliyi kimi fəaliyyət göstəririk.

Qlobal səviyyədə biz BMT sisteminin işində Azərbaycanın çox fəal rolunun şahidiyik. Azərbaycan Baş Məclisin sessiyası da daxil olmaqla bir neçə yüksək səviyyəli tədbirdə iştirak edib. 2000-ci ildə Minilliyin Sammitində vaxtilə Prezident Heydər Əliyevin, bu yaxınlarda isə Prezident İlham Əliyevin İstanbulda Humanitar Sammitdə iştirakı buna misal ola bilər.

Azərbaycan, həmçinin BMT-nin müxtəlif forumlarının aktiv iştirakçısıdır. Məsələn, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Azərbaycan 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının, habelə UNICEF-in İdarə Şurasının üzvü olub. Birinci xanım Mehriban Əliyeva UNESCO-nun, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfirləridir. Qeyd etdiklərim Azərbaycan ilə qurduğumuz əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

İndi isə milli səviyyədə əməkdaşlığımızdan danışmaq istərdim. Birləşmiş Millətlər Təşkilatının ofisi 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul edilməsi ilə eyni vaxtda açılıb. Hazırda BMT-nin 15-dən çox rezidenti və qeyri-rezidenti kənd təsərrüfatı, təhsil, səhiyyə, idarəetmə, dövlət idarəetməsi, ətraf mühit, miqrasiya kimi sahələrdə bir sıra texniki, humanitar dəstəyi, eləcə də qaçqın və məcburi köçkünlərə dəstəyi təmin edir. Biz Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə məcburi köçkünə humanitar yardım çatdırmışıq.

Hazırda isə bizim əməkdaşlığımız yardımdan tərəfdaşlığa çevrilib. Biz inkişaf sahələrini bir çox dəstəklə təmin edirik. Bu dəstək 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Planı nəzdində təmin olunur. BMT sistemi kimi, biz Azərbaycanın prioritetlərini və inkişafını dəstəkləməkdə davam edəcəyik.

-Qeyd etdiyiniz kimi, Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Ümumiyyətlə, Azərbaycanın sivilizasiyalararası dialoqa töhfəsi barədə nə deyə bilərsiniz?

-Azərbaycanın coğrafi baxımdan Şərqlə Qərb arasında yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Onun coğrafi mövqeyi dözümsüzlük, ekstremizm, radikalizm, eləcə də bir çox digər mənfi təzahürlərin aradan qaldırılması üçün dünyanın iki hissəsi arasında boşluğu necə doldura biləcəyinin çox yaxşı göstəricisidir.

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa, anlaşmaya, multikulturalizmə öz töhfəsini verir. Bakıda keçirilmiş Sivilizasiyalar Alyansının 7-ci Forumu bütün sahələrdən insanları bir araya gətirdi. Forumda elm adamları, ekspertlər, dini liderlər, həmçinin sabiq siyasətçilər və dövlət xadimləri iştirak ediblər. Maarifləndirmə və anlaşma zəminində keçirilmiş bu tədbirin özü mədəniyyətlərarası və plüralizm üzrə dialoqu dəstəkləyən bir ölkə kimi Azərbaycanın imicini yüksəldir.

İkincisi, bu Qlobal Forum sabiq baş katib Kofi Annan tərəfindən irəli sürülmüş bir təşəbbüsdür və ölkələr, mədəniyyətlər, sivilizasiyalar arasında gərginliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımdır. Bu addım dini tolerantlıq, xalqlar arasında anlayışın digər formada təbliğ olunduğu bir sıra bəyannamələrə gətirib çıxarıb.

Buna bənzər digər tədbir isə bu il Bakıda beşinci dəfə təşkil edilən Beynəlxalq Humanitar Forumdur. Ümumilikdə deyə bilərəm ki, regionda və dünyada mədəni və dini tolerantlığın və qarşılıqlı anlaşmanın təbliğində Azərbaycanın töhfəsi çox böyükdür.

-24 oktyabr Birləşmiş Millətlər Təşkilatı Günüdür. Təşkilat BMT prinsip və dəyərlərinin cəmiyyətdə tanınması üçün hansı tədbirlər görür?

-Biz maarifləndirməni artırmaq üçün əlimizdən gələn hər şeyi edirik. Əslində, sizinlə bu müsahibəmizin özü belə auditoriyaya BMT haqqında mesajın çatdırılmasında çox faydalıdır. Biz maarifləndirməni müxtəlif yollarla həyata keçiririk. Baş Məclis tərəfindən təşkilatın dəyər və prinsiplərinin qeyd edilməsi, yada salınması və problemlərlə bağlı məlumatlılığın artırılması ilə bağlı bir çox beynəlxalq günlər və ya BMT günləri təsis olunub. Məsələn, Qaçqınlar üzrə Beynəlxalq Gündə, Yoxsulluğun Aradan Qaldırılması üzrə Beynəlxalq Gündə, AIDS Günündə biz baş katibin mesajını təbliğ etməyə çalışır, həmçinin əlamətdar günü milli tərəfdaşlarımızla birgə qeyd edirik.

Biz, həmçinin gənclərlə də çox iş aparırıq. Təşkil etdiyimiz BMT modelində Azərbaycanın müxtəlif sahələrindən cəlb olunan gənclər bir neçə gün qurumun dəyər və normaları barədə məlumatlandırılıb və BMT sistemi haqqında anlayışlarını artıraraq debatlarda iştirak ediblər. Onlar debat, ictimai və diplomatik danışıq bacarıqlarını həvəslə inkişaf etdirirlər. Biz, həmçinin müvafiq kampaniyalar da həyata keçiririk.

Nəhayət, qeyd etmək istərdim ki, oktyabrın 24-də qeyd olunan BMT Günü qurumun təbliği istiqamətində bizim üçün çox əhəmiyyətli bir gündür. Bu gün hökumət nümayəndələri və ekspertlərin iştirakı ilə ADA Universitetində “Azərbaycanda Davamlı İnkişaf Məqsədlərində gənclərin rolu” panel müzakirəsi keçirmişik. Ümid edirəm ki, bu tədbir gənclərin maarifləndirilməsinə daha bir töhfə olacaq.

Xatırladım ki, ötən il biz BMT Gününü xarici işlər naziri, digər dövlət rəsmiləri, diplomatik icmalar və qeyri-hökumət təşkilatlarının iştirakı ilə qeyd etdik. Bundan məqsəd, həmçinin ictimaiyyəti BMT-nin 70-ci yubileyi və qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri, onların məna və dəyərləri barədə məlumatlandırmaqdan ibarət idi.

-Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri ilə əlaqədar görülən işləri necə dəyərləndirirsiniz?

-Minilliyin İnkişaf Məqsədləri Minilliyin Bəyannaməsi altında 2000-ci ildə qəbul edilib. Onun əhəmiyyətini Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci ildə Nyu-Yorkda Minilliyin Sammitində iştirakı ilə vurğulaya bilərik.

Əgər əvvəlki nailiyyətlərə baxsaq, Azərbaycan bu baxımından bir çox irəliləyişlərə nail olub. Bəzi statistik nümunələr göstərmək istərdim. Minilliyin İnkişaf Məqsədlərində yoxsulluğun yarıbayarı azaldılması nəzərdə tutulurdu. Azərbaycan ötən müddətdə yoxsulluq səviyyəsinin yarıbayarı deyil, 49 faizdən 5 faizədək azaltmağa nail olub. Bu, ölkənin son 15 ildə əldə etdiyi böyük iqtisadi tərəqqi ilə bağlıdır. İşsizlik səviyyəsi isə 11,8 faizdən 4,9 faizə qədər azalıb. Ana və uşaq ölümündə iki dəfədən çox azalma baş verib. Biz savadsızlığın azaldılmasının, uşaqların ibtidai və orta təhsilə cəlb edilməsində də artımın şahidiyik. Xəstəliklərin, o cümlədən malyariya, vərəm və digər qeyri-yoluxucu xəstəliklərin qarşısının alınmasında böyük irəliləyiş olub. Azərbaycan yoxsul ölkədən yuxarı orta gəlirli ölkəyə çevrilib. Biz, həmçinin gender bərabərliyində və idarəetmə sahəsində tərəqqinin şahidi olduq.

Ümumilikdə Azərbaycanın çox böyük iş gördüyünü qeyd edə bilərəm. Digər əhəmiyyətli amil isə odur ki, Azərbaycan yoxsulluğu yüksək faizdən beş faizədək azaltmağa nail olan dünyanın 29 ölkəsi arasında yer alır. Bu, çox yaxşı göstəricidir.

-Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb. Bununla da Azərbaycanın BMT-nin davamlı, dayanıqlı inkişaf proqramlarına qoşulması sahəsində yeni bir səhifə açılıb. Sizcə, bunun hansı müsbət nəticələri olacaq?

- İnanıram ki, bu addım bir çox müsbət nəticələr verəcək. Əvvəla, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Milli Şuranı yaratmasına görə Prezident İlham Əliyevi, bütövlükdə Azərbaycanı təbrik edirəm.

Yeri gəlmişkən, Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədləri arasındakı fərqi izah etmək yerinə düşər. Davamlı İnkişaf Məqsədləri, əsasən, yoxsulluğun, aclığın aradan qaldırılması və insan inkişafı sahəsində təkmilləşdirilmə üçün növbəti 15 il ərzində “yol xəritəsi”dir. Davamlı İnkişaf Məqsədləri isə universaldır, hər bir ölkə üçün tətbiq oluna bilər və eyni zamanda, iqtisadi artımın davamlılığına aiddir.

Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının yaradılması ilə Azərbaycan həmin məqsəd və hədəflərə nail olmaq üçün bütün milli plan və strategiyalarını uyğunlaşdırmalıdır. Bu, təkcə ümumi daxili məhsulla, yolların və körpülərin qurulması ilə deyil, həm də hər bir vətəndaşın yaşayış səviyyəsini yüksəltməklə bağlıdır. Biz, həmçinin ətraf mühit və sosial məsələlərə də diqqət yetirməliyik.

Davamlı İnkişaf Məqsədləri şəffaf hökumət kimi Azərbaycanın nüfuzunu artırır. Bu, daha çox investisiya cəlb edə bilər və beləliklə, Azərbaycanın özünü digər ölkələrlə regional və qlobal zəmində müqayisə etməsinə imkan verə bilər.

BMT Azərbaycandakı Davamlı İnkişaf Məqsədlərinin, onların hədəflərinin və göstəricilərinin həyata keçirilməsində ölkənizi dəstəkləməyi öhdəsinə götürüb. Bir qədər əvvəl qeyd etdiyim kimi, BMT hökumətə yardım edə biləcək xüsusi rola malikdir. Çünki BMT sistemi vasitəsilə biz kənd təsərrüfatı, turizm, ticarət, səhiyyə, təhsil və digər sahələrdə inkişafa yardım edə bilərik. İnanırıq ki, qarşıdakı 4-5 ildə biz Azərbaycana bu məqsəd və göstəriciləri öz milli planlarına daxil etməsinə yardımçı olacağıq.

-Biz bilirik ki, sizin səfir kimi fəaliyyətiniz çox zəngindir. Bir çox ölkələrdə işləmisiniz. İndi isə BMT-nin rezident əlaqələndiricisi kimi Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

-Mənim sizin Azərbaycanla bağlı çox müsbət təəssüratlarım var. Mədəni oxşarlıqlara və yaxınlığa görə mən burada özümü evimdəki kimi hiss edirəm. Karyeram ərzində 10-dan çox ölkədə işləmişəm və ümid edirəm ki, əldə etdiyim bir sıra uğurlu və müvafiq təcrübələri Azərbaycandakı işimizə tətbiq edə bilərəm. Ümid edirəm ki, bu təcrübəm Azərbaycana yardım edəcək.

Məndə ölkənin tolerant insanları ilə bağlı çox yaxşı təəssürat yaranıb. Düşünürəm ki, burada xaricilərə hörmət ümumilikdə qəbul olunmuş normadır. Küçədə olarkən, hökumət nümayəndələri ilə görüşdükdə və yaxud qonşular ilə bir yerə yığışdıqda belə insanlar hər zaman pozitiv və mehribandır. Ümid edirəm ki, bu təəssüratlarım burada olacağım gələn beş ildə də eyni dərəcədə müsbət olacaq.

Bakı çox gözəl şəhərdir. Mən bu şəhərdəki qeyri-adi binalara çox heyranam. Şimala və Qafqaz dağlarına gedəndə misilsiz gözəlliklə qarşılaşırsan. Hesab edirəm ki, ölkə turizm üçün böyük potensiala malikdir və hökumətin hazırda turizmə üstünlük verməsinə çox şadam.

Onu da qeyd etmək istərdim ki, gələn qonaqlar və xaricilər üçün ölkədə təhlükəsizliyin mövcud olması çox vacibdir. Bakının küçələri çox təhlükəsizdir. Hər kəs sərbəst şəraitdə səyahət edə bilər ki, bu da çox mühüm amildir.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik.

 

Qulam İshaqzai: Azərbaycan ötən illər ərzində çox böyük işlər görüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb