İQTİSADİYYAT
“Renault Sandero” artıq Azərbaycanda satışdadır
Bakı, 8 oktyabr (AZƏRTAC). “Renault” şirkəti “Sandero” markalı avtomobilini Azərbaycanda satışa çıxarmışdır.
AZƏRTAC xəbər verir ki, “Sandero” emosionallıq və səmərəyə üstünlük verən şəhər sakinləri üçün nəzərdə tutulur və müştərilərin zövqünə tam uyğundur. “Sandero” müasir avtomobillərə xas olan tələblərə cavab verir. Baza komplektasiyasında 1,6 l benzin mühərrikli, 4 pilləli avtomatik transmissiyalı avtomobilin qiyməti – 13 min 900 manatdır.
Azərbaycan bazarında avtomobil benzin mühərriki 1,6 l, v16 həcmli (qüvvəsi 102 at gücü) versiyada təqdim olunur. “Renault Sandero”nu “Renault”un Azərbaycandakı rəsmi distributoru “Nurgün Motors” şirkətindən əldə etmək mümkündür.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]