Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Rəşad Tağıyev: Azərbaycan müəllimi bütün cəbhələrdə öndə getməyə qadirdir

Rəşad Tağıyev: Azərbaycan müəllimi bütün cəbhələrdə öndə getməyə qadirdir

Bakı, 5 oktyabr, AZƏRTAC

Müəllim hər zaman cəmiyyətin, insanlığın inkişafı yolunda şam kimi nur saçır. Bu baxımdan Azərbaycan müəllimi ən fədakar və ən yüksək hörmətə layiq bir missiya daşıyır, xalqın maariflənməsi üçün ulularımızın başladığı müqəddəs yolu müasir tələblər səviyyəsində layiqincə davam etdirir.

Ölkəmizin taleyüklü və tarixi anlarını yaşadığı bir məqamda müəllimin üzərinə də mühüm vəzifələr düşür. Bu gün müəllim üç cəbhədə fəal mübarizə aparır - həm vətənpərvər gənclər yetişdirir, həm koronavirusla mübarizə baxımından ön cəbhədə bir əsgər kimi döyüşür, həm də Vətənin müdafiəsində iştirak edir. Eləcə də istənilən vəziyyətdə uşaqların savadlı, bilikli yetişməsi üçün var gücü ilə çalışır.

Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə cəbhədəki uğurlarımıza baxanda hər birimiz haqlı qürur hissi keçiririk. Sözsüz ki, bu uğurlarda ən çox haqqı olanlardan biri də Azərbaycan müəllimidir. Çünki cəbhədə qəhrəmanlıq göstərən əsgərlərin vətənpərvərlik ruhunda formalaşmasında ailələri ilə bərabər, təhsilin və müəllimin də rolu olduqca böyükdür. Zəfər bayrağımızı qaldıran vətənpərvər nəsilləri Azərbaycan məktəbi, Azərbaycan müəllimi yetişdirir. Əminik ki, ordumuz işğal altında olan bütün Azərbaycan torpaqlarını düşməndən azad edəcək. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu döyüş meydanında qəti və son sözünü deyəcək. Ordumuzun uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların sırasında təhsil işçiləri də az deyil. Belə ki, indiyədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib. Bu kimi faktlar bir daha təsdiq edir ki, müəllim təkcə sinif otaqlarında deyil, ehtiyac olduqda səngərdə də öz yetirmələrinə vətənpərvərlik nümunəsi göstərməyə qadirdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, bugünkü uğurlarımızın qazanılması yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanması ilə başlayır. Paytaxtın ümumi təhsil müəssisələrində uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür. Təkcə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində deyil, eləcə də digər fənlərin tədrisi zamanı vətənpərvərlik ruhunun formalaşdırılması məqsədilə şagirdlərlə müvafiq söhbətlər aparılır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü müasir müstəqil respublikamızda 1993-cü ildən qeyd edilməyə başlayıb. Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

“Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, birinci xanım Mehriban Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini daha da ruhlandırır. Heydər Əliyev Fondunun dövlətin təhsil siyasətinə verdiyi dəstək müvafiq sahədə inkişaf dinamikasını artırır. Yeni, müasir məktəblər və təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini yaxşılaşdırır, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və rəğbətləndirilməsi istiqamətində atılan ardıcıl addımlar təhsil sahəsində çalışanlar üçün böyük stimul olmaqla yanaşı, həm də hər birimizin məsuliyyətini artırır. Sevindirici haldır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilir. Müəllim nüfuzunun artırılması, müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində dövlətin siyasətinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir. Yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə yüksəlir, məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, ali məktəbə qəbul olan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər. Məqsədyönlü dövlət siyasəti nəticəsində təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanaraq daha da inkişaf edəcək. Bu islahatların və inkişafın hərəkətverici qüvvəsi olan müəllimlər də həmişə olduğu kimi, öz ziyaları ilə tərəqqiyə gedən yolumuza işıq salmaqda davam edəcəklər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dediyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”. Tarixin sınağından çıxmış bu fikirlərə istinad edərək deyə bilərik ki, təhsili, iqtisadiyyatı və ordusu daha güclü olan Azərbaycan indiki mərhələni də zəfərlə adlaya biləcək. Azərbaycan müəlliminə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə ən böyük təbriki və sevinci yetirmələri olan əsgərlər qazandıqları qələbələrlə bəxş edir. Zəfər Azərbaycanın, qələbə Azərbaycan xalqınındır!”,- deyə Rəşad Tağıyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim başa çatıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır