DÜNYA
RİO-DE-JANEYRO AMERİKA QİTƏSİ ŞƏHƏRLƏRİ ARASINDA ƏCNƏBİLƏR ÜÇÜN ƏN BAHALI ŞƏHƏR ELAN EDİLMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Böyük Britaniyanın ESA konsaltinq firmasının apardığı tədqiqatların nəticələrinə görə, Rio-de-Janeyro Amerika qitəsi ölkələri arasında əcnəbilər üçün yaşayış üzrə bahalığına görə birinci yeri tutur. Dünyanın 400-dən çox şəhərində aparılan tədqiqatın müəllifləri mənzil kirayəsi, istehlak malları və xidmətləri, nəqliyyat, asudə vaxt və meqapolislərdə daimi yaşayan əcnəbilərin qarşılaşdıqları digər xərclərin qiymətlərini müqayisə etmişlər. Nəticədə Rio-de-Janeyro Braziliyanın San-Paulu şəhərini ötərək, Şimali, Cənubi və Mərkəzi Amerika şəhərləri sırasında birinci yerə çıxmışdır.
Lakin Braziliyanın bu rekordçusu dünya liderlərinin iyirmiliyinə düşə bilməmişdir. Dünyada yaşayışın bahalığına görə Tokio birinci, Norveçin paytaxtı Oslo ikinci, Anqolanın Luanda şəhəri üçüncü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]