ELM VƏ TƏHSİL
RİYAZİYYAT FƏNNİNƏ AİD TEST TAPŞIRIQLARI TƏHLİL OLUNMUŞDUR
Bakı, 13 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında riyaziyyat fənnindən (C variantı, 43-50 nömrəli tapşırıqlar) istifadə edilmiş test tapşırıqları elmi-metodiki baxımdan təhlil olunmuşdur.
Çıxış edən mütəxəssislər test tapşırıqlarının respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan riyaziyyat proqramı əsasında tərtib edilimiş qəbul proqramına və dərsliklərə tam uyğun olduğunu, abituriyentlərin bilik, bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyini bildirmişlər.
Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri və ya cavab verməkdən imtina etdikləri test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyə hazırlanması və “Abituriyent ” jurnalında dərc edilməsi qərara alınmışdır.
Növbəti seminarda müzakirələr davam etdiriləcəkdir.