İDMAN
Robin van Persi İngiltərə Premyer Liqasında ilin futbolçusu elan edilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). “Arsenal”ın hücumçusu Robin van Persi Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə, İngiltərə Premyer Liqasında ilin oyunçusu sayılmışdır. “Arsenal”ın bu mövsümdə qapıdan 27 top keçirmiş 28 yaşlı kapitanı çempionatın başa çatmasına 3 tur qalmış bombardirlər siyahısına başçılıq edir. Onun klubu isə mövsümə uğursuz başlamasına baxmayaraq üçüncü yeri tutur.
Hollandiya yığmasının oyunçusu demişdir: “İnsanların səni yaxşıların yaxşısı sayması çox yaxşı bir haldır. Lakin rəqiblərin sənin xidmətlərini etiraf etmələri daha əhəmiyyətlidir. Sən onlara müqavimət göstərirsən, onlar da hər dəfə səndən güclü olmağa çalışırlar. Belə olan halda onlar deyirlər ki, sən yaxşıların yaxşısısan. Bu da çox qürurverici haldır”.
Van Persi Denis Berqkampdan və Rud van Nistelroydan sonra həmin mükafata layiq görülmüş üçüncü hollandiyalıdır. “Arsenal”ın heyətində belə bir şərəfə yalnız Tyerri Anri layiq görülmüşdür.
“Arsenal”ın hücumçusu mükafat uğrunda mübarizədə David Silvanı, Serxio Aqueronu, Co Hartı (hamısı “Mançestr Siti”), Ueyn Runini (“Mançestr Yunayted”) və Skott Parkeri (“Tottenhem”) geridə qoymuşdur.
“Tottenhem”in müfadiəçisi Kayl Uokeri həmkarları İngiltərənin ən yaxşı gənc oyunçusu saymışlar. O, bu mövsümdə keçirdiyi 33 oyunda qapıdan cəmi 1 top keçirmişdir.