DÜNYA
“Rosatom”: “Akkuyu” AES-in ilk fazasının 2023-cü ilin yazında istifadə verilməsi planlaşdırılır
Bakı, 5 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın layihəsi əsasında Türkiyədə tikilən “Akkuyu” atom elektrik stansiyasının (AES) ilk fazasının 2023-cü ilin yazında istifadə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının saytında məlumat verilir.
“Rosatom”un təqviminə görə, “Akkuyu”nun ilk fazası 2023-cü il aprelin 22-də, ikinci faza 2024-cü il aprelin 22-də, üçüncü faza 2025-ci il aprelin 22-də və dördüncü faza isə 2026-cı il aprelin 22-də istifadəyə veriləcək.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak isə “Akkuyu”nun ilk fazasının 2023-cü ilin sonuna qədər istismarda olacağını demişdi.
Qeyd edək ki, Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in inşa edilməsi və istismarına dair Rusiya-Türkiyə hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 20 milyard dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]