İQTİSADİYYAT
Rumıniyada SOCAR-ın 37-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Bakı, 8 iyun, AZƏRTAC
SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində ilk yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bununla da bu ölkədə “SOCAR” brendli YDM-in sayı 37-yə çatıb.
Braşov məntəqəsində 3 sayğac quraşdırılıb və 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də müştərilər tərəfindən müxtəlif ödənişlərinin edilməsi məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, kafe „Nar”da Azərbaycan məhsulları və pulsuz internet xidməti təqdim olunur. Burada ümumilikdə 11 yeni iş yeri açılıb.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest