İQTİSADİYYAT
Rumıniyanın “İndsoft” şirkəti Azərbaycanda tərəfdaşlar axtarır
Bakı, 27 noyabr (AZƏRTAC). Rumıniyanın “İndsoft” şirkəti “BakuTel-2011” 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyalarэ sərgisində biznes üzrə hər cür həll variantı ilə bağlı xidmətlər təklif edir.
Şirkətin marketinq üzrə məsləhətçisi xanım Anda Suciu AZƏRTAC-a müsahibəsində demişdir ki, “İndsoft”un məhsullarının əsas istehlakçıları dövlət müəssisələridir və biz onlara proqram təminatı satırıq.
Genişmiqyaslı layihələrdə yüksək keyfiyyətin təmin olunması üzrə bacarıqlar və mühüm həll variantları tələb olunur. Buna görə də, “İndsoft” şirkətində biznes analitiklərinin, proqram təminatını işləyib hazırlayan işçilərin, habelə sınaq və kommunikasiyalar üzrə mütəxəssislərin daxil olduğu geniş mütəxəssis komandası çalışır və bu komanda qarşıya qoyulmuş məqsədləri peşəkarlıqla həyata keçirir. Mühüm sifarişləri yerinə yetirmək üçün xidmət seqmentini təqdim edən tərəfdaşlarla inteqrasiyanın vacib olduğunu nəzərə alaraq, digər təcrübəli şirkətləri də bu prosesə cəlb etmək zəruridir.
“BakuTel” sərgisində ilk dəfədir iştirak edən şirkətin əsas məqsədi yerli şirkətlərlə əməkdaşlıq münasibətləri yaratmaqdır.