CƏMİYYƏT
Rumıniyanın milli xəbər agentliyi “ASAN xidmət” barədə məqalə yayıb
Buxarest, 3 noyabr, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi “ASAN xidmət - demokratiyanın qarantı” adlı məqalə yayıb.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Tamerlan İsgəndərovun müəllifi olduğu məqalədə “ASAN xidmət”in iş prinsipi barədə məlumat verilir.
Bildirilir ki, “ASAN xidmət” mərkəzlərinin əsas hədəfi vətəndaşlara səmərəli xidmət göstərilməsi, sivil xidmət sahəsində peşəkarlığın artırılması və dövlət idarəçiliyində innovasiyaların tətbiqidir. Agentliyin iş prinsipi elə qurulub ki, hər bir vətəndaş istədiyi vaxt əməliyyatları internet vasitəsilə izləyə bilər.
Məqalədə bir çox ölkələrin Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrənməkdə maraqlı olduğu bildirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest