Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA MƏTBUATI AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MOSKVAYA DÖVLƏT SƏFƏRİ BARƏDƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanvarın 24-26-da Rusiya Federasiyasına dövlət səfəri bu ölkənin, eləcə də dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. 

Rusiyanın informasiya agentlikləri, qəzetləri, radio və televiziya kanalları və s. dövlətimizin başçısının bu səfərinə xüsusi diqqət göstərmiş, səfərin bütün təfərrüatını əks etdirən çoxsaylı məlumatlar yaymışlar. Bunlardan bəzilərini müəyyən ixtisarla oxuculara təqdim edirik.

TƏXİRƏ SALINMIŞ SƏFƏR UĞURLA KEÇDİ

Bu səfər müəyyən edildiyi vaxtdan 3 ay sonra həyata kecirildi. Bu

gecikmənin səbəbi nə idi?

Heydər Əliyev şənbə günü, yanvarın 26-da İTAR-TASS agentliyində keçirilmiş mətbuat konfransında səfər zamanı imzalanmış 7 sənəddən başlıcası 2010-cu ilədək olan dövr üçün Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləni yüksək qiymətləndirərək dedi ki, Azərbaycanın heç bir başqa ölkə ilə əməkdaşlığa dair belə proqramı yoxdur. Qəbələ RLS-dən Rusiyanın istifadə etməsinin prinsipləri və şərtləri haqqında şaziş də böyük əhəmiyyət kəsb edir. Efiri izləyən bu stansiya həmin sənəd imzalandıqdan sonra Azərbaycan xalqının mülkiyyətinə çevrildi. İndən belə Rusiya ondan yalnız icarəçi kimi istifadə edir.

Danışıqlar zamanı tərəflər dost respublikanın iqtisadiyyatında Rusiya kapitalının səmərəli iştirakının şərtləri barədə razılığa gəldilər. Hazırda Azərbaycanda 100 belə sənaye müəssisəsi fəaliyyət göstərir. Onların 20-si 100 faiz Rusiya kapitalı ilə işləyir, 50-si birgə müəssisədir, 30-da isə Rusiyanın ayrı-ayrı təşkilatlarının vəsaitlərindən istifadə edilir.

Yanacaq-energetika, metallurgiya, inşaat və nəqliyyat, informatizasiya və rabitə, yüngül sənaye və kənd təsərrüfatı Rusiya-Azərbaycan əməkdaşlığının öncül istiqamətləri kimi müəyyənləşdirilmişdir.

İki ölkə liderlərinin siyasi bəyanatını və Heydər Əliyevin jurnalistlərin suallarına cavablarını diqqətlə araşdırsaq, aydın olar ki, iki prezidentin danışıqlarında ən ciddi müzakirə edilmiş məsələ Qarabağ probleminin nizama salınması məsələsi olmuşdur. Azərbaycan Prezidentinin Rusiyaya səfəri, əslində, məhz həmin problemə görə üç ay təxirə salınmışdı. Bu məsələdə Rusiyanın mövqeyi xeyli dərəcədə dəyişmişdir.

Moskva lap əvvəldən, hələ sovet dövründən bu məsələni bərk dolaşığa salmışdı. 1989-cu ildə Dağlıq Qarabağda Azərbaycandan ayrılaraq Ermənistana birləşmək şüarları ilə nümayişlər başlayanda SSRİ prezidenti Mixayıl Qorbaçov Ermənistan və DQMV-nin nümayəndə heyətlərini SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasına dəvət etdi və “millətçilik niyyətlərinə” görə birbaşa efirdə telekameraların önündə onların abrını verdi.

1990-ci il yanvarın 20-də isə M.Qorbaçov qarşı-qarşıya duran tərəfləri ayırmaq və genişmiqyaslı hərbi əməliyyatların başlanmasına imkan verməmək üçün Sovet Ordusunu Dağlıq Qarabağa deyil, Bakıya yeritdi, bununla da Moskvanın Bakının yox, Yerevanın mövqeyini dəstəklədiyini nümayiş etdirdi.

Azərbaycanda bu aksiya çox ağrılı reaksiya doğurdu. Bakıda Şəhidlər xiyabanında sovet qoşunlarının qəfil güllələrindən həlak olmuş 137 qadın, qoca, uşaq, kişi və gənc dəfn olunmuşdur.

Bütün bunlar Bakı ilə Moskva arasında münasibətləri kəskin surətdə gərginləşdirdi, Azərbaycanda millətçilik əhval-ruhiyyəsinin kükrəyişinə səbəb oldu və Əbülfəz Elçibəy dalğa üzərində respublika prezidenti vəzifəsinə gəldi.

Lakin hər halda, Azərbaycan və rus xalqları arasındakı tarixİ köklərə malik qarşılıqlı rəğbət bu siyasi meyllərdən daha güclü oldu. Xüsusilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra respublikanın xarici siyasətini ifrat-millətçi radikallardan xilas etdi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini ardıcıl surətdə möhkəmlətməyə, ölkənin təkcə Türkiyə, İran, ABŞ-la deyil, həm də RF ilə əlaqələrini yaxşılaşdırmağa başladı.

Heydər Əliyev tez-tez təkrar edir: “Rusiyanı və Azərbaycanı bir- birindən ayırmaq olmaz. Azərbaycanın heç bir rəhbəri 200 illik sıx əməkdaşlığı və birgə həyatı qoparıb ata bilməz”.

Bu işarələr Moskvaya da gedib çatdı və Vladimir Putin ötən il Azərbaycanın dövlət başçısının Rusiyaya 2001-ci ilin noyabrında nəzərdə tutulmuş rəsmi səfəri ərəfəsində Qarabağ məsələsində Rusiyanın tarazlı mövqeyini bəyan etdi: “Rusiya özünün yanlış hərəkətləri ilə Ermənistan və Azərbaycan arasında artıq yaranmış tarazlığı pozmamalıdır”.

Bəyanat eşidildi. Azərbaycan tərəfi Rusiya-Azərbaycan münasibətlərinə “strateji tərəfdaşlıq xarakteri” vermək üçün zəmin hazırlamaqdan ötrü dövlət başçısının 2001-ci ilin noyabr ayına nəzərdə tutulmuş səfərini 2002-ci il yanvarın axırına keçirməyi Moskvadan xahiş etdi.

“Rossiyski biznes” qəzeti,

29 yanvar 2002-ci il

DƏRİN MƏMNUNLUQ HİSSİ İLƏ

 

Prezident Heydər Əliyevin iyirmi dəqiqəlik mətbuat konfransı sovet və Azərbaycan siyasi rəhbərliyi patriarxının Moskvaya üçgünlük səfərinin yekun mərhələsi oldu. Əliyevin jurnalistlərlə (özünün etirafına görə, onlara böyük hörməti var) görüşünün uzun sürməməsi onun öz səfərini olduqca uğurlu və məzmunlu səfər kimi qiymətləndirməsinə mane olmadı. Bu, səfərin xüsusən Rusiya Prezidenti ilə əvvəlcə Novo-Oqaryovodakı iqamətgahda, qeyri-formal şəraitdə, sonra da Kremldə təkbətək görüş zamanı aparılmış məsləhətləşmələr hissəsinə xüsusilə aid idi. Əliyev bir neçə dəfə vurğuladı ki, əgər əvvəllər Bakının Moskva ilə münasibətləri arzuedilən səviyyədə deyildisə, axır vaxtlar, Rusiyaya Putin başçılıq etməyə başlayandan sonra hər şey ayrı cür oldu, “tam qarşılıqlı anlaşma” yarandı və bu, vaxtı çatmış məsələləri operativ surətdə həll etməyə və ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirməyə imkan verir.

Bunula razılaşmamaq olmaz. Məlumdur ki, Boris Yeltsin Heydər Əliyevi, yumşaq desək, xoşlamırdı və bu barədə xatirələrində də yazmışdır. Onlar nadir hallarda görüşür və bu görüşlər sırf protokol xarakteri daşıyırdı. Vladimir Putin isə prezident olduqdan sonra MDB çərçivəsində özünün ilk rəsmi səfərini Azərbaycana etmişdir.

Rusiya və Azərbaycan liderləri son iki ildə 16 dəfə görüşmüşlər. Heydər Əliyev bu faktı iftixarla nəzərə çarpdıraraq, əlavə etdi ki, indiki görüş xüsusilə mühüm məsələləri, o cümlədən, Qəbələ radiolokasiya stansiyasının müqəddəratı haqqında vaxtı çatmış məsələni həll etməyə imkan verdi.

Məlum olduğu kimi, Rusiyanın hava hücumundan müdafiə sisteminin işləməsi üçün mühüm olan bu obyekt ABŞ Raketdən müdafiə haqqında Müqavilədən çıxdıqdan sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Stansiya bütün Cənub yarımkürəsində ballistik raketlərin buraxılması barədə erkən xəbərvermə rejimində işləyir. Rusiya RLS-i hələ azı 20 il öz ixtiyarında saxlamağa çalışırdı. Azərbaycan isə bu müddətin dörd dəfə az olmasında təkid edirdi. Rusiyanın Azərbaycan ərazisindəki bu yeganə hərbi obyektinin icarə haqqında məsələsi də aydın deyildi.

Bakı icarə haqqı kimi ildə 5 milyon dolar almaq istəyirdi, Moskva isə 2 milyon dollar ödəməyə razı idi və onun da yarısını əmtəə ilə vermək üçün Bakını dilə tuturdu. Əldə edilmiş kompromis əladır: stansiya Azərbaycan tərəfinin mülkiyyəti olur, onun icarəsi (bu, 10 il davam edəcək) üçünsə RF hər il 7 milyon dollar ödəyəcəkdir. Bundan əlavə, Bakı indən belə rəsmən “informasiya-analitik mərkəz” adlandırılacaq Qəbələ RLS-in fəaliyyətinin nəticələrindən istifadə etmək hüququ almışdır. Mühüm bir məqam: bu obyektin mühafizəsi üzrə döyüş növbəsini Azərbaycanın hava hücumundan müdafiə qüvvələri çəkəcəklər. Bundan ötrü onların döyüş hazırlığı yüksəldilməlidir, ona görə də Moskva Azərbaycan hərbi hava qüvvələrinin modernləşdirilməsi, texniki təchizatının təkmilləşdirilməsi nəzərdə tutulan öhdəlik götürmüşdür.

Elə təkcə bunun özü Heydər Əliyevin bu sözlərini təsdiqləyir ki, hazırda Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksələn xətlə inkişaf edəcəkdir. Halbuki tərəflər, bundan əlavə, əmtəə dövriyyəsinin xeyli genişləndirilməsini nəzərdə tutan uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında mühüm hökumətlərarası saziş, birgə rəsmi məlumat, bir neçə idarələrarası sənəd imzalamışlar...

Azərbaycan Prezidenti Xəzərin bölgüsü məsələsində “baxışların tam uyğun gəldiyini” böyük məmnunluqla vurğuladı. İndi Moskva, Bakı və Astana təklif olunan bölgü prinsipləri ilə hələlik razılaşmayan İrana və Türkmənistana qarşı vahid cəbhə ilə çıxış edirlər. Lakin Azərbaycan rəhbəri əmindir: Rusiyanın nüfuzu və siyasi çəkişi məhz elə bir amil olacaq ki, o, həmin problemi artıq yaxın gələcəkdə həll etməyə imkan verəcəkdir. Hər şeydən göründüyü kimi, Əliyev ümid edir ki, Moskva Aşqabadı Türkmənistanın sahib olmaq istədiyi bir sıra perspektivli yataqlardan Azərbaycanın xeyrinə imtina etməyə razı salacaqdır. Ola bilsin, bu ümid əsaslıdır: bitərəf Türkmənistan antitalib əməliyyatının hərbi seqmentinə qoşulmaqdan imtina etmək bir yana, Rusiyanın strateji tərəfdaşı kimi yüksək ada malik olmaq iddiasında da deyildir...

“Nezavisimaya qazeta”

28 yanvar 2002-ci il

X X X

HEYDƏR ƏLİYEV RUSİYA İLƏ MÜNASİBƏTLƏRDƏ

TƏRƏQQİDƏN “SON DƏRƏCƏ MƏMNUNDUR”

Azərbaycan Prezidenti Heydər Əliyevin Moskvaya dövlət səfəri ölkələrimiz arasında münasibətlərin nəzərə çarpacaq dərəcədə mülayimləşməsi dövrünə təsadüf etdi. Heydər Əliyevin bildirdiyi kimi, Rusiya ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycan üçün “müstəsna əhəmiyyəti” var.

Moskva danışıqlarında ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, beynəlxalq koalisiya iştirakçılarının apardıqları antiterror kampaniyası çərçivəsində Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində və Mərkəzi Asiya respublikalarında sabitliyin möhkəmlənməsi məsələlərinə də xüsusi diqqət yetirildi.

Vladimir Putin və Heydər Əliyev çeçen separatizmi ilə mübarizə tədbirləri haqqında məsələni də müzakirə etdilər. Hər iki Prezident regionda mövcud sərhədlərə hörmətlə yanaşılması prinsipinin vacibliyini vurğuladılar. Heydər Əliyev və Vladimir Putin Xəzər dənizi hövzəsi ölkələrinin əməkdaşlığı mövzusuna toxunaraq, Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi barədə Azərbaycanın təşəbbüsünü müzakirə etdilər. Lakin, müşahidəçilərin fikrincə Xəzər dənizində güclü hərbi donanması olan Moskva Bakının bu ideyasını çətin ki, dəstəkləsin.

Hökumət mənbələrinin məlumatına görə, Əliyev ilə Putin arasında danışıqların əsas mövzularından biri iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsi olmuşdur. Söhbət ilk növbədə Qəbələ RLS-dən gedir. Əliyevin səfəri gedişində imzalanmış sazişdə Qəbələ radiolokasiya stansiyası “Azərbaycanın mülkiyyəti hesab olunur, Rusiya isə stansiyanı icarəyə götürmək və ondan 10 il müddətinə istifadə etmək hüququ qazanır”. Bundan əlavə, Qəbələdəki RLS-dən daxil olacaq məlumatın bir hissəsini Azərbaycan tərəfinə təqdim etmək nəzərdə tutulur. Qəbələ RLS-ın icarə haqqı ildə 7 milyon dollar təşkil edəcəkdir.

RF XİN-nin nümayəndəsi, ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun Qarabağ probleminin “mərhələli həllinin” prioritetliyi barədə fikri Bakıda nikbinliklə qarşılanmışdır. Bu variantda Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən ərazilərdən erməni silahlı qüvvələrini çıxarmaq, sonra isə mübahisəli ərazinin statusu barəsində danışıqlara başlamaq nəzərdə tutulur. Həmin məsələdə iki ölkənin mövqeləri yaxınlaşmışdır.

Danışıqlar nəticəsində yeddi sənəd, o cümlədən, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri barədə saziş imzalanmışdır.

“Rossiyskaya qazeta”, 26 yanvar 2002-ci il

X X X

 

MOSKVA İLƏ BAKI KEÇMİŞ İNCİKLİKLƏRİ UNUDARAQ, VAXTI ÇATMIŞ PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN SIX ƏMƏKDAŞLIQ ETMƏK QƏRARINA GƏLDİLƏR

“Mən qonaqpərvərliyə, səmimiyyətə, diqqətə və başlıcası isə, görüşlərimizin dostluq xarakterinə görə Vladimir Putinə son dərəcə minnətdaram”. Heydər Əliyevin bu sözləri Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasının ən yaxşı təsdiqidir. Heydər Əliyevin Moskvaya səfərinin yekunlarına dair mətbuat konfransında etiraf etdiyi kimi, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra keçən 10 il ərzində ikitərəfli münasibətlərdə “heç də hər şey rəvan olmamışdır”. İndi isə, görünür, vəziyyət dəyişir. Müşahidəçilər üç gün davam etmiş danışıqların yekunlarını qiymətləndirərək belə bir nəticəyə gəlməyə hazırdırlar ki, bu səfərə qədər Moskva ilə Bakı arasında mövcud olan etimadsızlıq kölgəsi, demək olar ki, tamamilə çəkilib getmişdir.

Özünüz diqqət yetirin: Rusiya Prezidenti Heydər Əliyevə şahanə qəbul təşkil etdi. İndiyə qədər MDB-nin digər ölkələrinin liderlərindən çox azı belə şərəfə nail olmuşdur. Yeri gəlmişkən, bu səfərə dövlət səfəri statusu vermək təşəbbüsünü məhz Vladimir Putin irəli sürmüşdür. Yanvarın 24-də Vnukovo-2 hava limanında Heydər Əliyevi RF Prezidentinin tapşırığı ilə şəxsən Rusiya hökumətinin başçısı Mixail Kasyanov qarşıladı. Bu, Rusiya hökumətinin Azərbaycandan gəlmiş qonağın səfərinə xüsusi diqqətinin əlaməti idi. İki dövlətin başçılarının ilk görüşü yanvarın 24-də RF Prezidentinin Novo-Oqaryovodakı iqamətgahında keçirildi. İki liderin əsas görüşü isə ertəsi gün, yanvarın 25-də Böyük Kreml sarayının Georgi salonunda oldu. Görüşün özünün təntənəli şəraitdə keçməsi əlamətdar idi: iki ölkənin prezidentləri salonun əks tərəflərindən qırmızı xalçanın üstü ilə bir-birlərinə doğru irəliləyərək dostcasına görüşdüşkdən sonra xatirə şəklı çəkdirdilər. Azərbaycanın və Rusiyanın milli himnləri səsləndi. Sonra Vladimir Putin və Heydər Əliyev Yaşıl qonaq otağına keçərək, ikitərəfli münasibətlərin ən müxtəlif aspektlərini təkbətək müzakirə etdilər. Daha bir mühüm məqam. Heydər Əliyev yanvarın 26-da mətbuat konfransında bir gün əvvəl Putinlər ailəsinin qonağı olduğunu etiraf etdi. Yanvarın 25-də Kremldəki danışıqlar geniş heyətdə keçirildi. Görüş başa çatdıqdan sonra tərəflər ikitərəfli münasibətlərin, demək olar ki, bütün spektrini əhatə edən yeddi birgə sənəd, o cümlədən 2010-cu ilədək olan dövr üçün iqtisadi sahədə ikitərəfli əməkdaşlığın əsasları barədə müqavilə imzaladılar. Müşahidəçilərin əvvəlcədən bildirdikləri kimi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri danışıqlarda böyük yer tutdu. RF prezidenti dedi: “Uzun illərdən bəri ilk dəfədir ki, Rusiya və Azərbaycanın hərbi idarələri əməkdaşlığa başlamışlar”. Prezident bunu da əlavə etdi ki, “deməli, digər sahələrdə, o cümlədən Xəzər dənizinin problemləri üzrə də səmərəli işləyə bilərik”.

Tərəflər hərbi sahədə mühüm sənəd - Azərbaycan ərazisində yerləşən Qəbələ radiolokasiya stansiyasının (RLS) 10 il müddətinə icarəyə verilməsi barədə sənəd imzaladılar. Bu sənəd hava hücumundan müdafiə sahəsində əməkdaşlıq üçün əsas yaradır. Sazişə uyğun olaraq RLS-ni havadan məhz Azərbaycanın hava hücumundan müdafiə qüvvələri qoruyacaqdır. Moskva isə Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin modernləşdirilməsini öz üzərinə götürür. Rusiya daşınan əmlaka hüquqlarını özündə saxlayamaqla, stansiyanın icarəsinə görə Azərbaycana hər il 7 milyon ABŞ dolları ödəyəcəkdir. Bundan əlavə, Moskva 1997-ci ilin ortalarından RLS-dən istifadəyə görə yaxın 5 il ərzində Bakıya 31 milyon ABŞ dolları ödəməyi öhdəsinə götürür.

İki ölkənin prezidentləri eyni zamanda sərhədyanı bölgələrində qarşılıqlı münasibətlər və qonşu dövlətin ərazisində yaşayan öz vətəndaşlarının hüquqi statusu barədə razılıq əldə etdilər. Vladimir Putin və Heydər Əliyev birgə bəyanatı da imzaladılar. Birgə bəyanatda beynəlxalq terrorizmlə mübarizə məsələlərində “əməli ikitərəfli və çoxtərəfli əməkdaşlığı” inkişaf etdirmək niyyəti vurğulanır. Dövlət başçıları Dağlıq Qarabağ problemini müzakirə edərək bildirdilər ki, bu məsələdə sülh yolu ilə nizamasalmanın “heç bir alternativi yoxdur”.

Xəzər dənizinin statusu və neftin dünya bazarlarına nəqli ilə bağlı məsələlərin razılaşdırılmaşı danışıqların mühüm yekunlarından oldu. Bakı-Ceyhan “əsas ixrac neft kəmərinin” tikintisi layihəsinin mövcudluğu ərzində ilk dəfə olaraq Rusiya açıq surətdə bəyan etdi ki, layihənin həyata keçirilməsinə qoşula bilər. Yeri gəlmişkən, Azərbaycanın rəsmi mənbələrinin məlumatına görə, bu günlərdə ABŞ-ın vitse-prezidenti Riçard Çeyni Bakı-Ceyhan layihəsinə Vaşinqtonun 2,5 milyard dollar ayırmağa hazır olduğunu bəyan etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin başçısı Natiq Əliyev bu məlumatı şərh edərək demişdir: “ABŞ-ın vitse-prezidenti Çeyninin bu bəyanatı həmin boru kəmərinin tikintisinə daha bir siyasi dəstəkdir. Hesab edirəm ki, o, həmin sözləri maliyyə təsisatlarının razılığı ilə demişdir”.

Xəzər dənizinin statusuna gəldikdə isə, Azərbaycan Prezidenti Heydər Əliyev yanvarın 26-da Moskvada mətbuat konfransında bu problemin həlli ilə bağlı nikbinliyini ifadə etdi. Prezident xatırlatdı ki, Vladimir Putinin ötən ilin yanvarında Bakıya səfəri zamanı tərəflər “Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında” bəyanat imzalamışlar. Əliyev həmçinin vurğuladı ki, 2001-ci ilin noyabr ayında o və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də belə bir sənəd imzalamışlar. Beləliklə, prezidentin dediyi kimi, üç dövlət - Rusiya, Qazaxıstan və Azərbaycan Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında sənəd imzalamışlar. Hazırda Rusiya, Azərbaycan və Qazaxıstan Xəzər dənizində orta xəttin müəyyənləşdirilməsi barədə məsləhətləşmələr aparırlar. Tərəflər “bu nadir su hövzəsinin” təkindəki ehtiyatlardan istifadə edilməsi qaydalarını da müəyyən etməyə hazırlaşırlar.

Vladimir Putin və Heydər Əliyev üç günlük danışıqlar zamanı beynəlxalq terrorizmlə birgə mübarizə aparmaq barədə razılığa gəlmişlər. Azərbaycan Prezidenti demişdir: “biz koalisiyaya, alyansa daxilik və Rusiya ilə birlikdə antiterror əməliyyatında iştirak etməliyik”. Azərbaycan Prezidentinin dediyi kimi, Moskva ilə Bakı ikitərəfli münasibətləri innən belə strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağın zəruriliyi ilə razıdırlar.

“Strana ru.” Internet qəzeti

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü